Çaylarda mövcud vəziyyət
Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarındaisə 30-60 faizini təşkil edir.
7 Aprel 2017 14:49 SosialEkologiya vəTəbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarındaisə 30-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət - aprelin 7 - də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 250m 3/s olmaqla ongünlük normanın 53faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73m 3/s olmaqla, ongünlük normanın 53faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 109m 3/s təşkil edərək ongünlük normanın79 faizinə bərabər olub.
Aprelin 7 - də Kür çayının aşağı axınında hazırki vəziyyət - Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.Belə ki, Kür çayının Surra məntəqəsində 21, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 2, Salyanda 20sm artım qeydə alınıb.