Suriyanın Xan-Şeyhun şəhərinə daha bir raket zərbəsi
Suriyanın aprelin 4-də kimyəvi silah hücumuna məruz qalmış İdlib vilayətinin Xan-Şeyhun şəhəri bu gün raket zərbələrinə tuş gəlib.
7 Aprel 2017 15:01 DünyaSuriyanın aprelin 4-də kimyəvi silah hücumuna məruz qalmış İdlib vilayətinin Xan-Şeyhun şəhəri bu gün raket zərbələrinə tuş gəlib. Bu xəbəri Londonda yerləşən Suriya İnsan Hüquqları Monitorinq Mərkəzindən veriblər. Hələlik şəhərə kim tərəfindən zərbə endirildiyi məlum deyil.
Aprelin 4-də Xan-Şeyhun şəhərinə kimyəvi silahla hücum edilmiş, nəticədə, azı 58 nəfər, o cümlədən 11 uşaq həlak olmuşdu. ABŞ hökuməti bu hücumda Bəşər Əsəd rejimini günahlandırıb. Lakin Rusiya hökumət dairələrinin məlumatına görə, Suriya ordusunda kimyəvi silah yoxdur və faciə Xan-Şeyhun şəhərində terrorçuların kimyəvi silah saxladıqları hərbi bazaya hücum nəticəsində baş verib. Virtrualaz.org