“Güclü Ermənistan” partiyası axtarışları Paşinyanın Konstitusiya təzyiqi ilə əlaqələndirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Güclü Ermənistan" müxalifət partiyası nümayəndələrinin evlərində keçirilən kütləvi axtarışları Baş nazir Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu uğrunda mübarizədə uduzması və müxalifətə təzyiq göstərmək cəhdləri ilə əlaqələndirib. Səhər saatlarından etibarən hüquq-mühafizə orqanları partiya lideri Samvel Karapetyan, deputat Narek Karapetyan daxil olmaqla 65 ünvanda axtarış aparıb. Partiyanın bəyanatında Paşinyanın təşviş içində olduğu, konstitusiya dəyişikliklərinə qarşı çıxan müxalifəti dayandırmağa çalışdığı və prosesə qanunsuz müdaxilə etdiyi bildirilir. 

Qeyd edək ki, yeni Konstitusiyanın qəbulu Bakının sülh müqaviləsi üçün əsas şərtlərindən biridir, lakin hakim "Vətəndaş müqaviləsi" partiyası parlamentdə tələb olunan üçdə iki səs çoxluğuna malik deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31