Musiqili Teatrda yeni tamaşa – “Hacı Qara”

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşa hazırlanır. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli məşhur komediya və klassik əsəriəsasında hazırlanacaq tamaşa bir sıra yeniliklərlə zəngin olacaq. “Azərbaycan xalqının böyük mütəfəkkirlərindən olan Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasına müraciət etməyimizin bir neçə səbəbi var. Onlardan biri də bu il 30 iyun tarixində dahi yazıçı-dramaturqumuzun anadan olmasının 205 ilinin tamam olmasıdır. Meydan üslubunda hazırlanan “Hacı Qara” bir çox yeniliklərlə zəngindir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşa hazırlanır. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, dahi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" iki hissəli məşhur komediya və klassik əsəriəsasında hazırlanacaq tamaşa bir sıra yeniliklərlə zəngin olacaq. "Azərbaycan xalqının böyük mütəfəkkirlərindən olan Mirzə Fətəli Axundzadənin "Hacı Qara" iki hissəli komediyasına müraciət etməyimizin bir neçə səbəbi var. Onlardan biri də bu il 30 iyun tarixində dahi yazıçı-dramaturqumuzun anadan olmasının 205 ilinin tamam olmasıdır. Meydan üslubunda hazırlanan "Hacı Qara" bir çox yeniliklərlə zəngindir", - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimov, musiqi tərtibatçısı Ülvi Cəfərovdu. Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31