Ermənistan ABŞ-nin İran aviasiyasına sanksiyalarının təsirini öyrənir – ÖZƏL
10:51 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ABŞ-nin İranın aviasiya sektoruna tətbiq etdiyi son sanksiyaların iki ölkə arasındakı uçuşlara və gələcək əməkdaşlığa olası təsirlərinin qiymətləndirildiyini bildirib. Qonşu ölkələrin - Azərbaycan, Gürcüstan və Türkiyənin İran aviaşirkətlərinə müəyyən məhdudiyyətlər tətbiq etməsinə baxmayaraq, İrəvan hələlik oxşar addım atmayıb. Nazirlik Ermənistanın beynəlxalq öhdəliklərini və sanksiya risklərini nəzərə alaraq tərəfdaşlıq mövqeyindən çıxış etdiyini vurğulayıb. Hazırda Ermənistana İranın üç aviaşirkəti (Sepehran Airlines, Iran Air Tour və Fly Kish Airlines) müntəzəm reyslər həyata keçirir və gələcək marşrutların genişlənməsi kommersiya tələbatından və tənzimləyici prosedurlardan asılı olacaq.