Gündəm
Notariat sahəsində beynəlxalq əlaqələr genişlənir
Aprelin 6-7-də Bakıda "Hilton" mehmanxanasında Ədliyyə Nazirliyinin, Rusiya Federal Notariat Palatasının və Almaniyanın Kil Universitetinin birgə təşkilatçılığı ilə "Xarici elementli vərəsəlik işlərində notariusların iştirakı" mövzusunda beynəlxalq seminar keçirilib.
Satınalmalara görə cəzalar sərtləşdirilir
Azərbaycanda satınalmalara görə cəzalar sərtləşdirilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsiə nəzərdə tutulan dəyişiklikdə öz əksini tapıb. “Olaylar” xəbər verir ki, parlamentin aprelin 7-də keçirilən iclasında İnzibati Xətalr Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunub.
Növbəti diaqnostik qiymətləndirmə başlayır
Aprelin 7-də Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
“İslam həmrəyliyi və zamanın çağırışı” müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşəbbüsüylə aprelin 7-də “İslam həmrəyliyi və zamanın çağırışı” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Fuad Şirinov və Tural Ələkbərov, Yevlax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova, YAP-ın Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, Yevlax rayon “Cümə” məscidinin axundu Namiq Əliyev, ziyalılar və gənclər iştirak ediblər.
Kreml: Suriya səmasında uçuşların təhlükəsizliyinə dair Rusiya-ABŞ memorandumu mənasını itirib
“Suriya səmasında uçuşların təhlükəsizliyinə dair Rusiya ilə ABŞ arasında imzalanmış memorandum ABŞ-ın Şayrat aerodromuna endirdiyi raket zərbələrindən sonra mənasını itirib”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Lukaşenko: "MDB postsovet məkanındakı münaqişələrin həllində aktiv rol oynamalıdır"
“MDB ölkələri postsovet məkanında mövcud olan münaqişələrin həllində aktiv rol oynamalıdır”. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Mir” kanalına müsahibəsində deyib.
Rusiya Müdafiə Nazirliyi: ABŞ-dan izahat gözləyirik
"ABŞ tərəfinin məlum fəaliyyətini 2015-ci ildə Suriyaya dair imzalanan Memorandumun kobud şəkildə pozulması kimi qiymətləndiririk".
Lənkəranda dini maarifləndirmə tədbiri
Aprelin 7-də Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran şəhər Təhsil şöbəsi və Azərbaycan Prezidenti yanında Bilik Fondunun Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
"Misirlə Azərbaycan arasında bir çox sahələrdə əlaqələr inkişaf edib"
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sarkisyan qərar verdi: spiker Karapetyan olacaq
Ermənistan prezidenti Serj Sarkisyan yeni parlamentdə aparıcı vəzifələrdə olacaq şəxslərlə bağlı qərar qəbul edib. "Jamanak"ın məlumatlarına görə, parlamentin sədri vəzifəsi "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın qardaşı, Ermənistan parlamentinin respublikaçı deputatı Karen Karapetyana həvalə olunacaq.
Çavuşoğlu: "Türkiyə ABŞ-ın Suriyada aviabazaya zərbə endirməsini dəstəkləyir"
Türkiyə ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini dəstəkləyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludeyib. Onun sözlərinə görə, ABŞ əməliyyatdan əvvəl Türkiyəyə məlumt verib.
Adi texniki səhvə görə ÜAK kimi ciddi təşkilatı məhv etmək yolverilməzdir
Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasında millət vəkilləri Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə etdiyi müraciət müzakirə edilib. Millət vəkili Siyaviş Novruzov bildirib ki, son günlər Azərbaycanı narahat edən məsələ Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti ilə bağlıdır.
Şimal bölgəsində xüsusi qayğıya olan uşaqlar müayinə ediləcək
Şimal bölgəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müayinə təşkil ediləcək. “OLAYLAR”-ın xəbərinə görə, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin aparılmasına dair seminar da keçiriləcək. Aprelin 23-nə nəzərdə tutulan seminar Qubada baş tutacaq. Seminarda Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova, Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru Esmira Qafarova, eləcə də Veqas Med Quba Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova təlimçi kimi çıxış edəcək, iştirakçıları maraqlandıran sualları cavablandıracaq.
Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunur
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsinin təmiri işlərinə start verilib.
Akademik Ramiz Mehdiyevin "Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası" kitabının müzakirəsi keçirilir
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının müzakirəsi keçirilir.














