Notariat sahəsində beynəlxalq əlaqələr genişlənir

Aprelin 6-7-də Bakıda "Hilton" mehmanxanasında Ədliyyə Nazirliyinin, Rusiya Federal Notariat Palatasının və Almaniyanın Kil Universitetinin birgə təşkilatçılığı ilə "Xarici elementli vərəsəlik işlərində notariusların iştirakı" mövzusunda beynəlxalq seminar keçirilib.

Aprelin 6-7-də Bakıda "Hilton" mehmanxanasında Ədliyyə Nazirliyinin, Rusiya Federal Notariat Palatasının və Almaniyanın Kil Universitetinin birgə təşkilatçılığı ilə "Xarici elementli vərəsəlik işlərində notariusların iştirakı" mövzusunda beynəlxalq seminar keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Rusiya Federal Notariat Palatasının prezidenti Konstantin Korsik və bəzi regional palataların rəhbərləri, Kil Universitetinin alimləri, nazirliyin və Ədliyyə Akademiyasının nümayəndələri, üç ölkənin notariusları iştirak ediblər. Səfər çərçivəsində Rusiya nümayəndə heyətinin ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşü keçirilib. Görüşdə nazir müavini T.Musayev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ədliyyə sisteminin, o cümlədən notariat orqanlarının müasirləşdirilməsi üzrə aparılan islahatlar, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariat institutunun və elektron notariatın inkişafı barədə məlumat verib. Rusiya Federal Notariat Palatasının prezidenti səfər zamanı respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduğunu vurğulayıb, notariat institutunun inkişafı üzrə əldə edilmiş nailiyyətlərə böyük maraq göstərərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31