Lənkəranda dini maarifləndirmə tədbiri
Aprelin 7-də Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran şəhər Təhsil şöbəsi və Azərbaycan Prezidenti yanında Bilik Fondunun Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
7 Aprel 2017 15:27 SosialAprelin 7-də Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran şəhər Təhsil şöbəsi və Azərbaycan Prezidenti yanında Bilik Fondunun Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti" mövzusunda tədbir keçirilib.
1 və 4 nömrəli Sutəmurdov kənd tam orta məktəblərinin pedaqoji və şagird kollektivlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov açıb.
Tədbirdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini, dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər Təhsil Şöbəsinin məsləhətçisi Ramin Hüccətov, Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyin direktoru, Bilik Fondunun Lənkəran numayəndəsi Yeganə Əskərova Azərbaycandakı tolerant mühitin xalqın həyat tərzinin nümunəsi olduğunu bildiriblər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Fitnə" filmi göstərilib.