Gündəm
Əsəd Administrasiyasından ABŞ-ın zərbələri ilə bağlı BƏYANAT
ABŞ Suriya bazasına raket zərbələri endirməklə terrorçuları dəstəkləyib. Bu barədə Suriya prezidenti Bəşər Əsədin Administrasiyasının yaydığı bəyanatda deyilir.
Təyyarə qəzaya uğradı: Ölənlər var
Serbiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin hər iki pilotu həlak olub.
Azay Quliyev Rusiyanın İctimai Palatasına müraciət edib
Bakıda dəhşətli qəza kameralara düşdü - VİDEO
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Qəza nəticəsində "Mercedes" markalı avtomobillə "Range Rover" markalı avtomobil toqquşub. Qəzanın görüntüləri sosial şəbəkədə hər kəsi dəhşətə gətirib.
ABŞ səfiri Sekutanın xəlvəti oyunları
İntriqa, yalan, pulla ələ alma və xəlvəti mübarizə - məkrli Bizans siyasətinin yaxşı məlum olan xüsusiyyətləridir. Böyük Romanın Kapitoli təpəsində bunu hətta ən despotik imperatorların dövründə rədd eləmişdilər. Onu elə respublikaçıların Vaşinqtonundakı Kapitoli təpəsində də qəbul etmirlər.
Keçmiş hərbçi üsyan etdi: ”Bağışlayın ki, sağ qayıtmışam”
Rusiyanın Yekaterinburq şəhərinin mərkəzində sinəsini orden və medallar bəzəyən polkovnik-leytenant təkadamlıq piket keçirib. “Qara zanbaq" abidəsinin önündə dayanan şəxsin əlində saxladığı plakatda “Bağışlayın ki, sağ qayıtmışam” sözləri yazılıb. Yanındakı digər plakatda hərbi əməliyyatların iştirakçısı olması, tikinti şirkətindəki fırıldaqçılar tərəfindən aldadıldığı yazılıb.
Sahibkarları yoxlama qaydaları dəyişir?
Prezident İlham Əliyevin 20 oktyabr 2015-ci il sərəncamı ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2il müddətinə dayandırılıb. Amma görünən odur ki, bəzi işbazlar dövlət başçısının humanist addımından öz mənfur məqsədləri üçün istifadə etməyə başlayıblar. Ölkə mətbuatında hər gün tirajlanan xəbərlərdə at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına, dönərxanalara, restoranlara verildiyinə dair məlumatlar yayılmaqdadır. Aidiyyəti qurumlar isə sərəncamdan irəli gələn tələblərdən dolayı yoxlama üçün icazələri olmadığını deyirlər.
Bürucerdi: “İran və Rusiya ABŞ-ın Suriyaya hücumu qarşısında sakit oturmayacaq”
“İran və Rusiya Donald Tramp hökumətinin Suriyaya ağılsız hücumu qarşısında sakit oturmayacaq”. Bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Bürucerdi deyib.
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib
Hindistan Respublikasının Prezidenti Pranap Mukherci Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Ağstafada sahibkarlar üçün treninq keçirilib
Aprelin 7-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafa rayonunun Düzqışlaq kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Əli İnsanovun məhkəməsi başlayıb
Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Rəşad Mustafayevin sədrlik etdiyi iclas jurnalistlərin iştirakı olmadan keçirilir.
Erməni mətbuatı seçkilərdən sonra nə yazır?
Ermənistanın aparıcı media qurumları, xüsusilə müxalifətyönlü və müstəqil qəzetlər parlament seçkilərindən sonrakı vəziyyət barədə müxtəlif yazılar dərc edərək, bir sıra gizlinləri ortaya çıxarmaqla yanaşı, qurulacaq yeni hökumətin hansı istiqamətdə formalaşdırılacağı ətrafında da müxtəlif rəyləri, araşdırmaları təqdim edirlər. Lakin dərc edilən yazılardan və məqalələrdən də aydın görünür ki, bu seçkilər bilavasitə rüşvət və seçiciləri pulla almaq halları ilə ölkənin rüsvayçılıq tarixinə əlavə olunub. Həmin yazılardan bəzilərini dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Azərbaycanda İngilis dili qrammatikasının tədqiqi tarixi
Məlumdur ki, tarixin bütün dövrlərində Qərb, onun mədəniyyətinin əsas aparıcı nümayəndələri bütövlükdə Şərqə olan maraqları çərçivəsində Azərbaycan mədəniyyətinə də öz münasibətlərini göstərməklə yanaşı, ondan bəhrələnmiş, əxz etmişlər. Bu gün qloballaşma dünyada mədəniyyətlər arası dialoqun müəyyənləşməsinə şərait yaradıb.
Naxçıvanda zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilat-Seysmoloji Xidmət Mərkəzi
Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda fəaliyyətə başlayan Seysmoloji Xidmət Mərkəzi muxtar respublikada zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilatdır. Mərkəzin əsas vəzifəsi Naxçıvan Muxtar Respublika ərazisində seysmoloji dəyişikləri qeydə almaq, təhlil etmək və aidiyyatı üzrə məlumat verməkdən ibarətdir. Mərkəz 2004-cü ildən Bölmənin Təbii Ehtiyatlar İnstitutunun nəzdində yaradılsa da, lakin müasir dövrün tələblərinə cavab verən avadanlıqların olmamasından burada qeydə alınan zəlzələ yazılarının analizi, onların kinamatik və dinamik parametrlərinin təyini lazimi səviyyədə öyrənilməyib.
İqtisadi sanksiyalar yumuşaldılacaq
Millət vəkili Qüdrət Həsənquliyev “Dövlət Satınalmaları haqqında” qanuna dəyişikliyik müzakirəsi zamanı bu yöndə olan qanunvericilikdə ziddiyyətli məqamlara öz etirazını bildirib. “Olaylar” xəbər verir ki, millət vəkili qeyd edib ki, satınalmalar zamanı qanunu tələbləri pozulduqda və 50 min manata qədər oğurluq hadisəsi baş verərsə, bu, cinayət məsuliyyəti yaradır: “Ancaq Cinayət Məcəlləsində bununla bağlı 6 min manatdan 12 min manata qədər mənimsəməyə görə 7-12 il arası iş verilir. Amma 250 mindən yuxarı mənimsəməyə görə 2 ildən 4 ilə qədər həbs verilir. Belə şey olar? Burada ədaləti gözləmək lazımdır”.














