Naxçıvanda zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilat-Seysmoloji Xidmət Mərkəzi

Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda fəaliyyətə başlayan Seysmoloji Xidmət Mərkəzi muxtar respublikada zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilatdır. Mərkəzin əsas vəzifəsi Naxçıvan Muxtar Respublika ərazisində seysmoloji dəyişikləri qeydə almaq, təhlil etmək və aidiyyatı üzrə məlumat verməkdən ibarətdir. Mərkəz 2004-cü ildən Bölmənin Təbii Ehtiyatlar İnstitutunun nəzdində yaradılsa da, lakin müasir dövrün tələblərinə cavab verən avadanlıqların olmamasından burada qeydə alınan zəlzələ yazılarının analizi, onların kinamatik və dinamik parametrlərinin təyini lazimi səviyyədə öyrənilməyib.

Naxçıvan Muxtar Respublikasında seysmologiya sahəsinin inkişafı ilə əlaqədar ötən il Ali Məclis Sədrinin göstərişi əsasında mərkəz zəruri olan müasir avadanlıqlar və proqram təminatı ilə təchiz olunub. Dünyanın ən aparıcı dövlətlərində istifadə edilən bu avadanlıqlar seysmik məlumatları qəbul edən və emal prosesini həyata keçirən komputerlərdən, monitorlardan, yaddaş və sistemin enerji dayanıqlığını təmin edən qurğulardan ibarətdir. Qeyd edək ki, Amerka Birləşmiş Ştatlarının bu sahədə fəaliyyət göstərən "Kinemetriks" şirkətinin istehsalı olan müasir cihaz və avadanlıqlar Naxçıvan Muxtar Respublikasında olan dörd telemetrik seysmik stansiyalarda (Heydərabadda, Şahbuzda, Babəkdə, Ordubadda) quraşdırılıb. Bunlar geniş zolaqlı üç komponentli STS-2,5 həsas seysmometr, üç komponentli akselerometr, Quanterra Q 330S digitayzeri, o cümlədən seysmik dalğaları bir il müddətində saxlamaq qabiliyyətinə malik olan Marmot cihazlarıdı ki, məhz bu cihazlar vastəsi ilə Seysmoloji Xidmət Mərkəzində yerli, yaxın, uzaq zəlzələlər emal edilir və zəlzələ ocaqlarının parametrləri təyin olunur. Onu da qeyd edək ki, burada zəlzələlərin emalı prossesi, məlumatlar bazasının yaradılması və arxivləşdirilməsi "MAC OS -11,8" əməliyyat sistemi ilə işləyən müasir komputerlərlə həyata keçirilir. Sözügedən əməliyyat sistemi "Apple" şirkətinin istehsalı olan ən yeni versiyasıdır. Zəlzələlərin qəbuledicisi, emalı, təhlili və arxivləşməsi üçün sistem Antilop proqramı ilə təmin edilib. Həmçinin Mərkəzdə məlumatların toplanması və saxlanması üçün 24 Terebayta malik olan "Pegasus 2 R8" yaddaş qurğusu yerləşdirilib ki, bu da məlumatları 100 il saxlanmasına imkan verir. Sistemin enerji dayanıqlığını təmin edən 4 saata qədər saxlama imkanına malik qurğu da işlək vəziyyətdədir. Mərkəzə optik kabellə internet xətti çəkilib, məlumatların qəbul edilməsi və ötürülməsi üçün sürətli internetlə tam təmin olunub.

Haliyədə Mərkəzdə 1 şöbə müdiri olmaqla 2 texnik fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının seysmik xidmətin yaxşılaşdırılması üçün bu elm ocağı da lazımi avadanlıqlar ilə tam təmin edilib və onlardan səmərəli istifadə olunması üçün mərkəzin şöbə müdiri İlkin Vəlibəyov Bakı şəhərinə, Seysmoloji Xidmət Mərkəzində xüsusi ixtisasartırma kurslarına göndərilir.

Mərkəzin xidmət fəaliyyətinin yaxşılaşdırılması regionda seysmoloji tədqiqatların aparılmasına da hərtərəfli imkan yaradır. Gələcəkdə mərkəzdə seysmoloji xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq və eyni zamanda tədqiqatların aparılması üçün müafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Cari ildə "Naxçıvan Muxtar Respublikasının seysmotektonikası və seysmikliyin tədqiqi" mövzusunda elmi işin götürülməsi də planlaşdırılıb.

Türkanə Bəylərli

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31