Gündəm
Nazir qəbul vaxtı dəyişdirildi
Təhsil naziri Mikayıl Cabbarovun 10 aprel 2017-ci il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, təhsil naziri 17 aprel 2017-ci il tarixində saat 09:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində öncə qəbula yazılmış Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə tədbir keçirilib
Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq “Akademik yazı və nəşr işləri” mövzusunda tədbir keçirilib.
Şura qalib QHT-lər üçün məlumatlandırma sessiyası keçirib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.
Anar Bilik Fondunda “İmzalı görüş”ün qonağı oldu
“Sağlam həyat tərzi və mədəniyyət”- Biləsuvarda
Aprelin 7 - də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə gənc mədəniyyət işçiləri arasında "Sağlam həyat tərzi və mədəniyyət" mövzusunda növbəti debatl Biləsuvar rayonunda təşkil olundu.
Ərdoğan: "ABŞ-ın addımı müsbətdir, amma yetərli deyil"
"Bu gecə Amerikanın Aralıq dənizindəki gəmilərindən İdlibə qarşı kimyəvi hücumun həyata keçirildiyi aviabazaya hücum edildi. Suriya aviabazası vuruldu. Suriyanın törətdiyi müharibə cinayətlərinə qarşı atılmış bir addım olaraq bunu müsbət qarşıladığımızı buradan elan etmək istəyirəm".
Nəsimi rayonunda “Aprel döyüşləri dərsləri”nə başlanıldı
Aprel döyüşləri - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi layihəsinə start verilib
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsinə start verilib. Layihəyə Azərbaycanının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Özbəkistandakı səfirliyi təşkilati dəstək göstərəcək.
Azərbaycandakı fikir, söz, məlumat azadlığı, plüralizm dünyaya örnək kimi
Müstəqil, demokratik cəmiyyətlərin, ölkələrin atributlarından biri də həmin cəmiyyət və dövlətdə fikir, söz, məlumat azadlığı, plüralizmin təmin olunmasıdır. Bir qayda olraq beynəlxalq təşkilat və qurumlar, dünyanın tanınmış medai mərkəzləri ayrı-ayrı ölkələrlə bağlı dəyərləndirmə aparıb hesabatlar hazırlayanda diqqət yetirdikləri əsas istiqamətlərdən biri də məhz bu və ya digər ölkələrdəki kütləvi informasiya vasiələrinin durumu, onların mövcud şərtlər altında fəaliyyəti, eləcə də mediaya yaradılan şərait olur. Zaman-zaman Azərbaycan da bu dəyərləndirmələr, qiymətləndirmələrdə yer alır, ölkəmizlə bağlı müəyyən hesabatlar səsləndirilir, gündəmə gətirilir.
Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi layihəsinə start verilib
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsinə start verilib.
Məzahir Pənahovdan siyasi partiyalara XƏBƏRDARLIQ
Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib. MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.
Rusiyadan İLGİNC İDDİA: raketlərin 36-sı yoxa çıxıb
Rusiya ötən gecə ABŞ-ın Suriya aviabazasına atdığı raketlərin çoxunun hədəfə dəymədiyini iddia edib. Rusiya tərəfi bildirib ki, ABŞ-ın Suriya ərazisinə atdığı 59 raketdən cəmi 23-ü hədəfə dəyib.
Əflatun Amaşov: “Yaya qədər jurnalistlərin evləri paylana bilər”
“Jurnalistlər üçün inşa edilmiş binada mənzillərin təmiri işləri hazırda çox sürətlə davam edir. Binada görülən işlər bu ilin yayına qədər yekunlaşa bilər”. Bunu Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Məktəbə girib şagirdi boğmaq istədi
Qubada dərs vaxtı məktəbə daxil olan şəxs şagirdi döyərək xəsarət yetirib. Hadisə Quba rayon, Xınalıq kəndində, Rüfət Kəlbiyev adına Xınalıq kənd İnternat tam orta məktəbində baş verib.
Türkiyədə partlayış
7 aprel, günorta saatlarında Türkiyənin Osmaniyyə şəhərində yerləşən metalurgiya zavodunda partlayış baş verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, hadisənin xlor qazının sızması nəticəsində baş verildiyi güman edilir. Hadisə zamanı 1 nəfər ölüb, zəhərlənən 3 nəfər isə Osmaniyə Dövlət xəstəxanasına yerləşdirilib.














