“Sağlam həyat tərzi və mədəniyyət”- Biləsuvarda

Aprelin 7 - də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə gənc mədəniyyət işçiləri arasında "Sağlam həyat tərzi və mədəniyyət" mövzusunda növbəti debatl  Biləsuvar rayonunda təşkil olundu.

Aprelin 7 - də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə gənc mədəniyyət işçiləri arasında "Sağlam həyat tərzi və mədəniyyət" mövzusunda növbəti debatl  Biləsuvar rayonunda təşkil olundu.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilmiş "Pis vərdişlərin insan həyatı üçün zərərli tərəfləri" və "Ümid var (qurtuluş yolu)" panellərdən ibarət olan debatlarda Biləsuvar, Salyan, Neftcala və Cəbrayıl rayonlarıdan olan 100 nəfərdən çox gənc mədəniyyət işçiləri iştirak edib.

Biləsuvar rayon İH başçısının Humanitar məsələlər üzrə müavini Həyalə Qəmbərova, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili - ombudsman, Cəlilabad regional mərkəzin rəhbəri Ziya İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Azər Sadıqov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin və əməkdaşları Nurəddin Babayev, Pərvanə Hüseynova, Rəfiqə Hacıyeva və İrina Özçobanın iştirakı ilə keçirilən tədbirdə sağlam gənc nəslin yetişdirilməsi, milli şüurun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin aşılanması, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması haqqında müzakirələr və geniş fikir mübadiləsi aparıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31