Gündəm

"Milan" fransalı futbolçunu istəyir

7 Aprel 2017 18:30

"Milan" yayda transfer etmək istədiyi oyunçular sırasına Kərim Benzemanı da daxil edib. "Rossoneri" 29 yaşlı futbolçunun transferində qiymət çətinliyi ilə üzləşəcək. Klubun 13-14 apreldə çinlilərə satılması başa çatdırılacaq. Bundan sonra "Milan" fransalı forvardın transferinə cəmi 20 milyon avro ayıra bilər.

Venger: "Onların xoşbəxt olması mənim məqsədimdir"

7 Aprel 2017 18:29

Arsen Venger "Arsenal"da gələcəyi və azarekşlərin təzyiqi barədə danışıb. Təcrübəli mütəxəssis bunları deyib: "Gələcəyim barədə klub məlumat verəcək. Hələlik bu məsələyə əlavəm yoxdur. İş başında qalıb-qalmamaq çoxlarını maraqlandırır.

Liviya Azərbaycana yaxınlaşır

7 Aprel 2017 18:27

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb. Cədvələ əsasən mayın 4-də dərc olunacaq rəsmi siyahıda ciddi dəyişiklik olmayacağını söyləmək mümkündü. Çünki təxminlər çox az sayda komandanın mövqe dəyişikliyi edəcəyini göstərir. Buna da səbəb qarşıdakı dövrdə yığma dərəcəli matçların yox dərəcəsində olmasıdı.

Stokholmda kütlənin üzərinə sürülən yük maşını qaçırılıb, şübhəli saxlanılıb

7 Aprel 2017 18:20

İsveçin paytaxtı Stokholmda kütlənin üzərinə sürülən yük maşını "Spendrups" şirkətinə məxsus olub.  Şirkətin nümayəndəsi avtomobilin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib: "Sürücü malların yüklənməsi zamanı bir qədər uzaqlaşarkən naməlum şəxslər avtomobili qaçırıb".

İsveçin Baş naziri Stokholmdakı insidenti terror aktı adlandırıb

7 Aprel 2017 18:18

İsveçin Baş naziri Stefan Lofven Stokholmda baş vermiş hadisəni terror aktı olaraq adlandırıb. Bir qədər əvvəl polis də bu hadisənnin terror aktı kimi nəzərdən keçirildiyi barədə xəbər verib.

Binəqədi rayonunda “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib

7 Aprel 2017 18:14

07 Aprel tarixində YAP Binəqədi rayon təşkilatının akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və Ədliyyə Nazirliyinin dəstəyi ilə “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib .

Estoniya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir

7 Aprel 2017 18:13

Aprelin 7-də “Azərbaycan Dəmir Yolları” QSC-də Estoniya Respublikasının dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Aleksandr Lapşinin həbs müddəti uzadıldı

7 Aprel 2017 18:07

Bu gün Nəsimi Rayon Məhkəməsində blogger Aleksandr Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanlarının verdiyi təqdimata baxılıb.

DİM-in Şura üzvləri: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

7 Aprel 2017 18:06

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. DİM-dən verilən xəbərə görə, iclasda ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına və rezidenturaya, ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu, dövlət qulluğuna qəbulla bağlı mövcud problemlər və digər cari məsələlər müzakirə olunub.

XİN: Almaniyada dərslikdə Naxçıvanın Ermənistan ərazisi kimi göstərilməsi ilə əlaqədar zəruri tədbirlər görülüb

7 Aprel 2017 18:03

Kütləvi informasiya vasitələrində Almaniyada dərc olunmuş və miqrant uşaqlarının alman dili öyrənməsi üçün nəzərdə tutulmuş bir dərslikdə Naxçıvan Muxtar Respublikasının ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim olunduğu rəngli şəklin yer aldığı barədə məlumat verilib.

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edildi

7 Aprel 2017 18:01

IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də keçiriləcək açılış mərasiminə 35 gün qaldığı bir vaxtda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında yarışacaq idmançıların qazanmağa can atacağı medalları təqdim edib.

Azərbaycan-Estoniya biznes forumu keçirilib

7 Aprel 2017 17:59

Aprelin 7-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Estoniya biznes forumu keçirilib.

ADU-nun 7 tələbəsi Fransa və Rumıniyada təcrübə keçir

7 Aprel 2017 17:53

Azərbaycan Dillər Universitetinin (ADU) Frankofon Universitet Agentliyi (FUA) ilə əməkdaşlığı çərçivəsində ADU-nun Pedaqoji (təhsil) və Tərcümə fakültələrində təhsil alan 7 tələbə ilk dəfə olaraq Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat təcrübələrində iştirak edir.

Cari ilin ilk üç ayında Azərbaycana 544 min turist gəlib

7 Aprel 2017 17:51

Aprelin 7-də "JW Marriot Absheron" hotelində “Azərbaycan-Avstriya Turizm Proqramı” Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans “Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illik yubileyinə həsr olunub.

Binəqədi rayonunda “Aprel Fatehləri” adlı tədbir keçirilib

7 Aprel 2017 17:49

Binəqədi rayonunun 283 nömrəli orta məktəbində təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, aprel şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının valideynləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin direktoru Tünzalə Zeynalova və həmin məktəbin müəllim- şagird kollektivi iştirak ediblər.