“İslam həmrəyliyi və zamanın çağırışı” müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşəbbüsüylə aprelin 7-də “İslam həmrəyliyi və zamanın çağırışı” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Fuad Şirinov və Tural Ələkbərov, Yevlax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova, YAP-ın Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, Yevlax rayon “Cümə” məscidinin axundu Namiq Əliyev, ziyalılar və gənclər iştirak ediblər.
7 Aprel 2017 15:36 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşəbbüsüylə aprelin 7-də "İslam həmrəyliyi və zamanın çağırışı" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Fuad Şirinov və Tural Ələkbərov, Yevlax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova, YAP-ın Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, Yevlax rayon "Cümə" məscidinin axundu Namiq Əliyev, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə Yevlax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova mövzu ilə bağlı çıxış edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ili "İslam Həmrəyliyi İli" elan etməsinin dünyaya bir mesaj olduğunu vurğulayan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyevölkəmizin tolerant və multikultural dəyələrinin dünyaya nümunə olduğu kimi, "İslam həmrəyliyi" çağırışının da dünyaya örnək olacağını bildirib. Natiq Əfəndiyev Azərbaycanın ev sahibliyi ilə keçən digər beynəlxalq tədbirlər kimi "IV İslam Həmrəyliyi Oyunları"nın da möhtəşəm keçiriləcəyinə əmin olduğunu qeyd edib və bu ərəfədə müxtəlif ölkələrdən gələcək qonaqların Azərbaycanda mövcud olan tolerant, multikultural və həmrəylik mühitinin canlı şahidi olacaqlarını bildirib.