Buzovna dairəsinin altındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
10:01 SosialNoyabrın 4-də saat 12:00-dan etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmizlik işləri ilə əlaqədar avtomobil yolunun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31