Dini Komitə Şəkidə tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki Dövlət Regional Kollecinin müdiri Sərdar Şərifov, kollecin müəllim və tələbələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki Dövlət Regional Kollecinin müdiri Sərdar Şərifov, kollecin müəllim və tələbələri iştirak ediblər.

DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək son illər din amilindən istifadə edilərək dünyada baş verən neqativ hadisələrin İslam dünyasına vurduğu ziyan, radikal dini təşkilatların fəaliyyətinin dünyada islamofobiya meyillərinin artmasına səbəb olması haqqında danışıb. O, qeyd edib ki, dünyada ictimai-siyasi və dini sahədə gərginliyin yaşandığı bir vaxtda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması dünyada dini toleranlığın, mültikultural dəyərlərin, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunması istiqamətində irəli sürülən uzaqgörən bir təşəbbüsdür. Bunun ən gözəl nümunəsi isə bu gün Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modelidir. Gündüz Paşayev dini sahədə əldə olunan nailiyyətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31