Ağdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir
7 Aprel 2017 14:44 SosialAprelin 7 - də Bakı Dövlət Universitetində "Aşıq Şəmşir" Mədəniyyət İctimai Birliyinin və BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılıgı ilə Agdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetdən "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə baş verən Ağdaban soyqırımı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının xalqımıza qarşı törətdiyi dəhşətli faciədi. Rektor qeyd etdi ki, həmin soyqırımı zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi tamamilə yandırılıb, kənd sakinləri amansız işgəncələrə məruz qalıb, 40 nəfər vəhşicəsinə öldürülüb. Onlardan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər uşaq, 7 qadın diri-diri yandırılıb, xeyli insan girov götürülüb və itkin düşüb.
Çıxış edənlər Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Musa Qasımlı, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ermənilərin Ağdabanda törətdikləri vəhşiliklərdən və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs edib.
Tədbridə çıxış edən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, Ağdaban sakini Cavid Qurbanov faciənin dəhşətli faktları haqqında məlumat verib, soyqırım zamanı Azərbaycan söz sənətinin ustalarından Ağdabanlı Şair Qurbanın və Dədə Şəmşirin nadir əlyazmalarının da yandırıldığını bildirib.