Bəşər Əsəd və Sərkisyanın oxşar cəhətləri

Suriyada yenə insanlıq dramı yaşanır. Daha doğrusu Suriya hadisələri başlayandan yaşanan bu dram hər ötən gün daha drammatikləşir, özünün ağır, sarsıdıcı mərhələsinə qədəm qoyur. Bu günlərdə Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi ilə diqqətlər yenidən Dəməşqə yönəldi. Artıq bu səhərdən etibarən Pentaqon da hərəkətə keçərək Əsəd rejiminə qarşı raket zərbələri endirib və Suriyada kimyəvi silahların saxlanıldığı hərbi bazanın raket zərbələrinə məruz qaldığı barədə xəbərlər yayılır. Düzdür, dünyanın hansı bir yerindən asılı olmayaraq dinc insanların hədəf seçilməsi, öldürülməsi azərbaycanlı olaraq bizləri də narahat edir və bu kimi olayları üzücü qəbul edirik.

Ermənistan da işğal etdiyi ərazilərə kimyəvi maddələr basdırır

Suriyada yenə insanlıq dramı yaşanır. Daha doğrusu Suriya hadisələri başlayandan yaşanan bu dram hər ötən gün daha drammatikləşir, özünün ağır, sarsıdıcı mərhələsinə qədəm qoyur. Bu günlərdə Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi ilə diqqətlər yenidən Dəməşqə yönəldi. Artıq bu səhərdən etibarən Pentaqon da hərəkətə keçərək Əsəd rejiminə qarşı raket zərbələri endirib və Suriyada kimyəvi silahların saxlanıldığı hərbi bazanın raket zərbələrinə məruz qaldığı barədə xəbərlər yayılır. Düzdür, dünyanın hansı bir yerindən asılı olmayaraq dinc insanların hədəf seçilməsi, öldürülməsi azərbaycanlı olaraq bizləri də narahat edir və bu kimi olayları üzücü qəbul edirik. Eyni zamanda insanlıq cinayəti törədən hakimiyyətlərə, konkret Əsədə qarşı qətiyyətli addımların atılmasını təqdir edirik. Ancaq təəssüf etdiyimiz bir məqam var ki, dünya, onu idarə edən supergüclər, ayrı-ayrı dövlətlər heç də günahsız insan ölümləri, insanqlı əleyhinə cinayətlərdə belə ədalətli davranmır, hər kəsə eyni gözlə baxmır. Bizlər bunun əyani şahidləriyik və bir neçə il əvvəldən başlayaraq günahsız suriyalıların yaşadığı ağrı-acını, insanlıq dramını biz 90-cı illərin əvvəllərindən yaşayırıq. Və təəssüflər olsun ki, günümüzdə də bu dram davam edir. Özü də dünyanın, bu gün Suriyada sabitlik bərpa etmək adı altında bu ölkəyə hərbi müdaxilə edən supergüclərin gözü önündə. Lakin hələ də dünya səssiz şəkildə bunu izləməklə məşğuldur.

Elə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də bu qənaətdədir. O. bildirib ki, Suriyada Əsədin kimyəvi silahdan istifadə etməsinə qarşı 15 saatdır dünyanın böyük dövlətləri hazırda bütün güclərin birləşdirmək üçün addımlar atırlar. Birləşmiş Ştatlar Prezidenti bütün mədəni dövlətləri onun ətrafında birləşməyə çağırıb: "ABŞ hərbi gücləri Suriyadakı aviabazanı vurublar. Dünya bu saat kimyəvi silahdan istifadə etdiyinə görə Suriyanı parçalamağa hazırdır. Bəs 1991-ci ildən bu günə qədər davam edən Ermənistanın işğalı, Azərbaycana və onun əhalisinə, torpağına, ekologiyasına qarşı apardığı kimyəvi müharibənin qarşısın kim alacaq? Qarabağda müharibə dövründə ermənilər zəhərli mismarlı raketlərdən istifadə ediblər. Hazırda Ermənistan ərazisindən çaylar vasitəsilə kimyəvi tullantılar Azərbaycana axıdılır, meşələrimizdə "Metsamor" Atom Elektrik Stansiyasının nüvvə tullantıları basdırlır. Bir söz deyən kimi də tələb edirlər fakt qoyun". Zaur Əliyev Ermənistanın qeyri-insani hərəkətləri ilə bağlı bir sıra faktlar da sadalayıb: "Ermənistanda nəşr olunan "Lragir" qəzeti yazır ki, qarabağlı jurnalist Armine Narinyan tərəfindən "Facebook" sosial şəbəkəsində Sərsəng su anbarında balıqların kütləvi ölməsi barədə xəbər yayılıb. Balıqların məhv olmasına isə Qarabağda faydalı qazıntıları istismar edən "Beytz Metal" (Base Metals) şirkətinin ("Valleks" şirkətləri qrupu) Drmbon yatağında qızıl-mis emalı zamanı sianidləri çaya buraxması səbəb göstərilir. Digər bir fakt. Çəlləklərdə "A-TOOZ" yazısıyla xüsusi yeşiklərdə Ermənistanın ərazisindən göndərilmiş və əvvəlcədən müəyyən edilmiş ərazilərdə xüsusi çuxurlarda basdırılan bu tullantılar əsasən Xocalının ərazisində şimal-qərb hissəsində Kolataq, Seyidbəyli və Almalı kəndlərinin bitki faunası və Xocalının məskun edilmiş ərazisində bütün ekologiyanı məhv edib. Kimyəvi silahlar hazırda Şuşa rayonunun (şimal hissəsində Xalfali yaşayış məntəqəsi), Xocavənd rayonunun (qərb hissəsində Kiş yaşayış məntəqəsi) və Xankəndi rayonun (şərq hissəsində Əsgəran yaşayış məntəqəsi) ərazisində xüsusi laboratoriyalarda hazırlanır. "İşğal edilmiş ərazidə 29 nüvə mərkəzi vardır. Bu sahədə radiasiya və nüvə tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir". Zaur Əliyev bildirib ki, Ermənistanın "Razdanmaş", "Armavir", "Akopyan", "CakMacMetals" və "Vartaniol" Şirkətləri nüvə texnologiyalarını Dağlıq Qarabağdan keçirməklə İrana və İraqa ötürüblər: "Sonuncu şirkət, həmçinin, işğal edilmiş ərazidə "C-300" və "Tayfun" tipli raketlərin təkmilləşdirilməsi prosesinə cəlb edilib. Sankt - Peterburq Fizika İnstitutunun, Moskvanın Kurçatov adına Nüvə Texnologiyaları İnstitutunun və Minskin Nüvə Fizikası İnstitutunun laboratoriyaları Qarabağ dağlarında işləyirlər. Bundan başqa Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunun təxminən yarısı İran vətəndaşlarına icarəyə verilib. Nüvə tullantıları bu rayonun şərq hissəsində basdırılib və 219 kvadrat kilometrlik sahə yüksək radiasiya ilə əhatə edilib. Bu rayonun İrana yaxın hissəsi (93 kvadrat kilometr) on illiyə İranın sərhəd qüvvələrinə icarəyə verilib. Azərbaycanın işğal olunan Ağdərə rayonunda Drmbondakı dağ-mədən müəssisəsindən 2 kilometr şimalda köhnə mədəndə artıq quyular qazılır və ətrafı da betonlanır. Belə beton quyuların köhnə mədəndə qazılmasının bircə səbəbi var. Ermənistanın hakimiyyət dairələri radioaktiv tullantları burada basdırmaq istəyirlər. Bu məlumatı isə mətbuata erməni ekoloq Hayk Smbatyan verib. Onun dediyinə görə, uran-235 izotopunun parçalanması 700 milyon, uran-238 izotopunun radioaktiv bölünmə zamanı isə daha çoxdur. Yüzlərlə belə fakt yazmaq olar. Amerika Birləşmiş Ştatlarında kvant fizikası ilə məşğul olan Professor A.Aqtarcanyan Ermənistanda çıxışı zamanı bildirib:"Ermənilər bütün tarix boyu kütləvi qırğın silahları istiqamətində həmişə axtarışda olublar. "Böyük Ermənistan" ideyasını illüziyadan həqiqətə çevirmək istiqamətində son şansımız nüvə silahlarının tapıntısı, istehsalı olacaq". Hesab edirəm bu söz kifayət edər ki, Ermənistanın kimyəvi və kütləvi qirğin silahlarının hazırlanmasını sübut edək, Amma dünya susur"

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31