QHT Şurası Rusiyanın İctimai Palatasına müraciət edəcək

Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiya Prezidenti yanında İctimai Palataya müraciət olunacaq.

Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiya Prezidenti yanında İctimai Palataya müraciət olunacaq. Müraciət Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası tərəfindən ünvanlanacaq. Bu barədə millət vəkili Azay Quliyev məlumat verib. Bildirib ki, qanunvericiliyə görə, Rusiya Prezidenti yanında İctimai Palata ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə yardım edir: "Bu təşkilatda yuxarı şəxslər təmsil olunur. Hesab edirəm ki, həmin şəxslər nüfuzundan istifadə edib məsələnin ədalətli həllinə təsir göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31