Gündəm
45 minə yaxın müəllimin MAAŞI ARTACAQ
Bu il ərzində Azərbaycanda 45 minə yaxın müəllim diaqnostik qiymətləndirməyə cəlb ediləcək. Bunun nəticəsində 2018-ci ilin yanvar ayından 45 minə yaxın müəllimin əmək haqqı artırılacaq.
Amerikanın Suriya bombardmanının XƏRCİ: 94 milyon dollar
Amerika səhər saatlarında Aralıq dənizindəki hərbi gəmiləri ilə Suriya ərazisində yerləşən aviabazaya "Tomahawk" raketiləriylə zərbələr endirib. Amerikanın Suriya bombardmanının xərci açıqlanıb. Hər biri 1 milyon 590 min dollara olan raketlərdən 59-u istifadə olunub. Belə ki, bu hücum Amerikaya təxminən 94 milyon dollara başa gəlib.
1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə işsiz və işaxtaran vətəndaşlar üçün rəqabətədavamlı peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili işləri davam etdirilir.
Asəf Hacıyev Fəxri diplomuna layiq görülüb
Akademik Asəf Hacıyev Banqladeşin Dəkkə Universitetinin Fəxri diplomuna layiq görülüb. Akademiyadan “Olaylar” – a bildirilib ki, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İdarəetmənin nəzəri problemləri şöbəsinin müdiri, akademik Asəf Hacıyev Banqladeş Respublikasında elmi ezamiyyətdə olub. Səfər Banqladeşin Dəkkə Universitetinin dəvəti ilə baş tutub.
Yeni Elektron Xidmət
“Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciət və sənədlərin qəbulu” elektron xidmətin istifadəsinin asanlaşdırılması məqsədi ilə elektron xidmət yenidən hazırlanaraq,vətəndaşların istifadəsinə verilib.
Siyavuş Novruzov: “Son vaxtlar mətbuatda kim kimi qaçırdır və ya aparır kimi xəbərlərə rast gəlirik...”
“Son vaxtlar mətbuatda kim kimi qaçırdır və ya aparır kimi xəbərlərə rast gəlirik. Bu xəbərlər bilavasitə Azərbaycan mentalitetinə zidd olan məsələlərdir. Ona görə də hesab edirəm ki, burada ictimaiyyətin qınağı, nəzarəti, KİV-in buradakı oynadığı rol vacib şərtlərdəndir”.“Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabatının müzakirəsi zamanı deyib. O, bildirib ki, Azəbaycanda ayrı-ayrı strukturlar insan alverinə qarşı mübarizə aparır ki, bu da ümumilikdə mübarizənin effektivliyini artırır: “İnsan alverinin obyektiv və subyektiv səbəbləri var. Dünyada baş verən hadisələr müharibələr, miqrantlar qaçqın şəklində başqa ölkələrə keçən insanlardan insan alverinin qurbanı kimi istifadə olunması hallarını görürük. Azərbaycanın milli-mənəvi dəyərləri də insan alverinin qarşısının alınmasına kömək edir”.
Xarici valyutanın ölkədən çıxarılmasının qarşısını alıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Novosibirsk aviareysi ilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının gödəkcəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.
Külli miqdarda siqaret müsadirə edib
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
DİN-dən narkotik əməliyyatı
Respublikanın daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və kultivasiyasına qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
Vilayət Eyvazov Milli Məclisdə hesabat verdi
2016 Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Milli Məclisdə insan alverinə qarşı mübarizəyə dair hesabat verib.
Əli Hüseynli: "Azərbaycandakı rus icmasının da sənədlərində çatışmazlıq var"
Milli Məclisdə Ümumrusiya Azərbaycan Konqresinin bağlanması məsələsi ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinə və İnzibati Məhkəməsinə müraciət edilməsi təklif olunub. “Olaylar” xəbər verir ki, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, MM-in Rusiya Dövlət Duması ilə ilə dostluq qrupunun rəhbəri Əli Hüseynli çıxış edib.
Mixail Zabeiln: “ÜAK-ın bağlanması bizi ciddi narahat edir”
“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması bizim üçün yaxşı olmayan situasiyadır”. “Olaylar”ın məlumatına görə, bunu Azərbaycandakı rus icmasının rəhbəri, deputat Mixail Zabelin Milli Məclisin iclasında deyib: “Azərbaycanda rus icmasının olduqca rahat və çox aktiv fəaliyyət göstərdiyini, 16 000 tələbənin burada rus dilində ali təhsil aldığını xatırladan M. Zabelin bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti də həmişə qanunauyğun olub: “Son həftə Rusiya Dövlət Dumasının deputatları ilə əlaqə saxlamışam. Bu məsələ bizi ciddi narahat edir”.
Vitali Kliçko Azərbaycana səfər edəcək
Kiyev şəhərinin meri Vitali Kliçko yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib. Səfirin sözlərinə görə, V.Kliçko artıq Bakı meriyasının dəvətini qəbul edib, səfərin dəqiq tarixi və gündəliyi üzrə hazırlıqlar gedir. Səfir həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Ukraynaya rəsmi səfər etmək niyyətində olduğunu bildirib.
Rusiyada qətl törədən qardaşlar Azərbaycanda tutuldular
Rusiyada qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslər Azərbaycanda saxlanılıblar. DİN xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar Dağıstan Əzimov və qardaşı Rəfael tutulublar.
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə BASQIN: İşçilərə bıçaq çəkildi
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub. Hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib.














