Azərbaycanda yanacaqdoldurma məntəqəsinə BASQIN: İşçilərə bıçaq çəkildi

Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub. Hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib.

İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib. Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31