Gündəm

Lavrov: “Bu, ABŞ və Böyük Britaniyanın 2003-cü ildə İraqa hərbi müdaxiləsini xatırladır”

7 Aprel 2017 13:10

“ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovDaşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib.

Hava qeyri-sabit keçəcək- XƏBƏRDARLIQ

7 Aprel 2017 13:08

Hava şəraitinin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə enəcək.

Əri qardaşı qızı ilə qaçan qadın haqda İLGİNC FAKTLAR

7 Aprel 2017 13:06

Artıq bir neçə gündür ki, Gəncədə baş verən tükürpədici hadisə ölkə gündəmini zəbt edib. 3 uşaq atası Həsən Səfərovun öz qardaşı qızını qaçırması ictimaiyyətdə geniş müzakirələrə yol açıb.

Suriyanın bombalanmasına Olland və Merkeldən ortaq şərh

7 Aprel 2017 13:02

Fransa Respublikasının prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Amerikanın Aralıq dənizindəki hərbi gəmiləri ilə Suriya ərazisində yerləşən aviabazaya "Tomahawk" raketiləriylə zərbələr endirməsi ilə bağlı ortaq açıqlama veriblər. 

Mədəniyyətlərin qovuşduğu Avropa mərkəzi

7 Aprel 2017 12:54

Mart ayının ortalarında Macarıstana ezamiyyət səfərimiz bir sıra maraqlı məqamları ilə yadda qaldı. Bu baxımdan təəssüratlarımızı oxucularla bölüşmək istədik.

19 ölkə idmançısı Azərbaycanda mübarizə aparacaq

7 Aprel 2017 12:53

Mayın 3-7-də dünya velosiped aləminin ürəyi yenidən Azərbaycanda döyünəcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, planetin müxtəlif qitələrini təmsil edən 19 ölkənin 23 komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan" veloturunda mübarizə aparacaq. 5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərləri, həmçinin Qaradağ, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay və Ağsu rayonlarının ərazisindən keçməklə ümumilikdə 836 km məsafə qət edəcəklər. Ötən illə müqayisədə, bu il turun marşrutunda ən önəmli dəyişiklik 4-cü mərhələ ilə bağlıdır. Belə ki, yarışın ən çətin dağ mərhələsinə Ağsu aşırımı da əlavə edilib ki, bunun da mübarizəyə əlavə rəng qatacağı şübhəsizdir.

Keçən ay dövlət büdcəsinə 133 milyon 985 min manat vəsait ödənilib

7 Aprel 2017 12:50

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin mart ayında dövlət büdcəsinə 133 milyon 985 min manat vəsait ödənilib. “OLAYLAR”-ın xəbərinə görə, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24 milyon 737 min manat və ya 122,6 faiz çoxdur.

“Azərikimya” İB-nin istehsal etdiyi yüksək təzyiqli polietilen “Sankt-Peterburq” birjasında satışa çıxarılıb

7 Aprel 2017 12:46

Cari ilin aprel ayından etibarən “Azərikimya” İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək təzyiqli polietilen “Sankt-Peterburq” SC birjasında satışa çıxarılıb.

ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsi Milli Məclisdə müzakirə olunub

7 Aprel 2017 12:43

“Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar hər kəsi narahat edir”. “Olaylar” xəbər verir ki, bunu  hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Rusiya Suriyaya dair ABŞ-la imzaladığı Memorandumun fəaliyyətini dayandırıb

7 Aprel 2017 12:41

Rusiya ABŞ-ın Suriya hökumətinin aviabazalarına zərbə endirməsi ilə əlaqədar olaraq Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib.

MTN generalı və digərlərinin həbs müddəti uzadılıb

7 Aprel 2017 12:36

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevvə digərlərinin həbs müddəti uzadılıb. Səbael rayon Məhkəməsinin qərarı ilə həbsin müddəti bir ay artırılıb.

Səfir: “Ukraynada azərbaycanlı tələbələrə saxta diplomların verilməsinin qarşısı alınacaq”

7 Aprel 2017 12:34

"Ukraynada azərbaycanlı tələbələrə ali təhsil müəssisələr tərəfindən saxta diplomların verilməsinin qarşısı alınacaq". Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

Türkiyədən Ermənistana "Karabax" qutularında pomidor ixracı etiraza səbəb oldu

7 Aprel 2017 12:32

Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır. Həmin pomidor qutularının üzərində "Karabax" yazılması isə diqqət çəkib. Bu, Ermənistanda narazılığa səbəb olub. Bəzi erməni şirkətləri sözügedən ixracın yerli istehsala mane olduğunu iddia ediblər. Eyni zamanda, pomidor qutularının üzərində "Karabax" yazılması da erməniləri hiddətləndirib. 

Məscidlərin həyətində namaz qılmaq qadağandır?

7 Aprel 2017 12:28

Azərbaycan qanunvericiliyində məscidlərin həyətində namaz qılınması ilə bağlı hər hansı qadağa yoxdur.

Yeni, qanadlı s avaş başlandı

7 Aprel 2017 12:25

Birləşmiş Ştatlar çox gözləmədilər. Suriyanın Homs vilayətindəki Əş Şayrat aviabazasına 59 raket buraxıldı. Aviabazanın infrastrukturunu əksər hissəsi məhv olunub, insan tələfatı var.