Lavrov: “Bu, ABŞ və Böyük Britaniyanın 2003-cü ildə İraqa hərbi müdaxiləsini xatırladır”
“ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovDaşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib.
7 Aprel 2017 13:10 Dünya"ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır". Bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovDaşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib. "ABŞ-ın Suriya aviabazasına raket zərbələri 2003-cü ildə İraqdakı vəziyyəti xatırladır. Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır", - deyə o qeyd edib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31