İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən dörd Əfqanıstan vətəndaşı saxlanılıb

İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən dörd Əfqanıstan vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində dörd nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31