Dmitri Kiselev: Ermənistan müstəqilliyini itirə və Ukraynanın taleyini təkrarlaya bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Rossiya segodnya" media qrupunun baş direktoru Dmitri Kiselev öz teleqram kanalında bildirib ki, Rusiya qoşunlarının Şərqi Avropadan çıxarılmasından sonra Qərb bu region ölkələrini Moskva ilə düşmənə çevirib və indi eyni ssenarini Ermənistanla həyata keçirməyə çalışır. O, Ermənistanın müttəfiqlərini dəyişmək cəhdindən daha çox, bundan sonra böyük siyasətdə öz mövqeyini müstəqil şəkildə müəyyən edə biləcəyinə əmin olmasına təəccübləndiyini qeyd edib.

Bu açıqlama Ermənistanın baş naziri Nikol Paşinyanın "Euronews" telekanalının təşkil etdiyi Aİ-nin genişlənməsi sammitində ölkəsinin 2027 və ya 2028-ci illərdə Avropa İttifaqına üzvlük üçün müraciət etməsini real adlandırmasından sonra gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31