“Azərikimya” İB-nin istehsal etdiyi yüksək təzyiqli polietilen “Sankt-Peterburq” birjasında satışa çıxarılıb

Cari ilin aprel ayından etibarən “Azərikimya” İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək təzyiqli polietilen “Sankt-Peterburq” SC birjasında satışa çıxarılıb.

Cari ilin aprel ayından etibarən "Azərikimya" İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək təzyiqli polietilen "Sankt-Peterburq" SC birjasında satışa çıxarılıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, satış məhsulun "Noginsk anbar kompleksi" QSC anbarından alıcının avtonəqliyyat vasitəsi ilə çıxarılması şərti ilə həyata keçirilir. 15803-020 markalı yüksək təzyiqli polietilen texniki təyinatlı məmulatların, ərzaq məhsulları ilə təmasda olan məmulatların, oyuncaqların, örtük materiallarının istehsalında, tibb sahəsində, o cümlədən dərman preparatlarının qablaşdırılmasında, habelə kənd təsərrüfatında tətbiq olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31