Ermənistan İŞ-dən müxalifətçilərin evində axtarışlara reaksiya: "Standart hüquqi prosesdir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin İqtisadi cinayətlər və qaçaqmalçılıq üzrə baş idarəsi tərəfindən həyata keçirilən cinayət işi çərçivəsində "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyan və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evləri də daxil olmaqla, ümumilikdə 65 ünvanda eşzamanlı axtarışlar aparılıb. Daxili işlər naziri Arpine Sarkisyan parlamentdəki çıxışı zamanı baş verənləri standart hüquqi proses adlandıraraq, Polisin bu məsələdə sadəcə köməkçi funksiya yerinə yetirdiyini və əsaslar olduğu təqdirdə axtarışların şəxsiyyətindən asılı olmayaraq keçirilməli olduğunu bildirib.

Öz növbəsində müxalifət nümayəndələri baş verənlərə kəskin etiraz ediblər. "Ermənistan" fraksiyasının deputatı Geqam Manukyan baş verənləri qəbuledilməz adlandırıb, Narek Karapetyan isə bu il ərzində evində artıq dördüncü dəfə axtarış aparıldığını diqqətə çatdırıb. Karapetyan iqtisadi cinayətlərlə bağlı işin sadəcə bəhanə olduğunu, hakimiyyətin bu cür təzyiqlərlə müxalifəti yeni Konstitusiyanın qəbulu məsələsində öz tərəfinə çəkməyə çalışdığını iddia edib və ölkənin müstəqilliyinə təhlükə gördüyü dəyişikliklərə qarşı mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31