19 ölkə idmançısı Azərbaycanda mübarizə aparacaq

Mayın 3-7-də dünya velosiped aləminin ürəyi yenidən Azərbaycanda döyünəcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, planetin müxtəlif qitələrini təmsil edən 19 ölkənin 23 komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan" veloturunda mübarizə aparacaq. 5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərləri, həmçinin Qaradağ, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay və Ağsu rayonlarının ərazisindən keçməklə ümumilikdə 836 km məsafə qət edəcəklər. Ötən illə müqayisədə, bu il turun marşrutunda ən önəmli dəyişiklik 4-cü mərhələ ilə bağlıdır. Belə ki, yarışın ən çətin dağ mərhələsinə Ağsu aşırımı da əlavə edilib ki, bunun da mübarizəyə əlavə rəng qatacağı şübhəsizdir.

Mayın 3-7-də dünya velosiped aləminin ürəyi yenidən Azərbaycanda döyünəcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, planetin müxtəlif qitələrini təmsil edən 19 ölkənin 23 komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaïdjan" veloturunda mübarizə aparacaq. 5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərləri, həmçinin Qaradağ, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay və Ağsu rayonlarının ərazisindən keçməklə ümumilikdə 836 km məsafə qət edəcəklər. Ötən illə müqayisədə, bu il turun marşrutunda ən önəmli dəyişiklik 4-cü mərhələ ilə bağlıdır. Belə ki, yarışın ən çətin dağ mərhələsinə Ağsu aşırımı da əlavə edilib ki, bunun da mübarizəyə əlavə rəng qatacağı şübhəsizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31