Gündəm

Avtomoblin vurub çaya saldığı qadın öldü

7 Aprel 2017 12:20

Londonda, Vestminister körpüsündə sürətlə hərəkət edən avtomobil ilə törədilən terakt zamanı Temza çayına düşən qadın ölüb. Hadisədən sonra xəstəxanada müalicə alan 31 yaşlıAndreea Cristea həyatını itirib.

Britaniya da Suriyanı bombalayan Amerikaya dəstək oldu

7 Aprel 2017 12:18

Britaniya höküməti Suriyanı bombalayan Amerikaya dəstək olub. Hökümət ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərinin Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirməsini Suriyada Əsəd rejiminin kimyəvi silahların istifadəsinə tutarlı cavab kimi qiymətləndirib və Amerikanı dəstəklədiyini bildirib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Cibutiyə humanitar yardım göndəriləcək

7 Aprel 2017 12:16

Azərbaycan Cibutiyə humanitar yardım göndərəcək. Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.

Avropa Şurası ilə hüquqi sahədə layihələr təşviq olunur

7 Aprel 2017 12:14

Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilən "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək" layihəsinin icrası başa çatıb. Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar AŞ İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğu tərəfindən Bakıda yekun konfrans və Rəhbər Komitənin iclası keçirilərək layihənin nəticələri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Həmin tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan AŞ Ədliyyə və Hüquqi Əməkdaşlıq bölməsinin rəhbəri xanım Hanne Yunkerin başçılıq etdiyi nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü keçirilib.

İndoneziya ölkəmizlə hüquqi sahədə əməkdaşlıqda maraqlıdır

7 Aprel 2017 12:10

Azərbaycan və İndoneziya arasında əlaqələrin uğurla inkişafı çərçivəsində hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir. İndoneziyanın hüquq və insan haqları naziri Yasonna H.Laolinin respublikamızda yolüstü səfərdə olarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşü keçirilib.

Komitə uşaq əməyinin istismarı ilə bağlı təlim keçirəcək

7 Aprel 2017 12:07

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 12-19 aprel 2017-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri, Bakı şəhəri Səbail və Suraxanı rayonunda yerləşən məktəblərin 8-11-ci sinif şagirdləri üçün maarifləndirici təlim keçiriləcək.

Hicran Hüseynova Elizabet Brandberq ilə görüşüb

7 Aprel 2017 12:05

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İsveçin “Kvinna till Kvinna” qeyri-hökumət təşkilatının regional direktoru görüşü keçirilib. Komitədən verilən məlumata görə, görüşdə Hicran Hüseynova bir sıra beynəlxalq təşkilatlarla ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirib və birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. 

Ermənilər "respublikaçı nənə"ni yerə çırpdılar- İRƏVANDA

7 Aprel 2017 12:04

Ermənistanda seçkilərin nəticələrindən narazı qalan birt sıra insan piket keçirib. Piket zamanı hakim "Respublika" partiyasının tərəfdarı kimi məşhurlaşan və "Respublikaçı nənə" ləqəbini alan qoca qarı etirazçıların toplaşmasına qarşı çıxış edir və söyüş söyür. Nəticədə etirazçılardan biri "Respublikaçı nənə"ni itələyərək yerə yıxır. Lakin o yenidən ayağa qalxaraq heç nə olmamış kimi etirazçılara tərəf baxır.

Xəbərdarlıq: Linzalar istifadə müddəti bitdikdən sonra atılmalıdır

7 Aprel 2017 12:00

Son zamanlar həm rəngli, həm də optik linzaların müxtəlif çeşidləri gözlərin rəngini dəyişmək, onlara parıltı, müxtəlif çalar verməklə yanaşı, eynəkləri də əvəz etməsi onlara olan tələbatı daha da artırır. Linzasevərlər çox vaxt bu həvəsi istədiyi göz rənginə sahib ola bilməklə izah edirlər. Linzalar həm də eynək taxmaq istəməyən və bunu özünə kompleks edən görmə qabiliyyəti zəif olan adamlar üçün də əvəzsizdir. Lakin linzaların müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Belə ki, keyfiyyətsiz və ya istifadə və təmizlənmə qaydalarına düzgün riayət olunmayan linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına, görmə qabiliyyətinin itirilməsinə də səbəb olur.

Ermənistan ordusunun podpolkovniki yol qəzasında xəsarət alıb

7 Aprel 2017 11:56

Ermənistanda yol-nəqliyyat hadisəsi nəticəsində Müdafiə Nazirliyinin zabiti xəsarət alıb. Hadisə Kotayk vilayətində baş verib. “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Estonia Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyir

7 Aprel 2017 11:54

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mihail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə,  Spiker qonağın Estoniya parlamentində  fəaliyyətini xatırlayaraq, onun qanunverici orqanda Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri kimi gördüyü işləri yüksək qiymətləndirib. Sədr parlamentlərarası əlaqələrin inkişafından söz açaraq, deputatlarımızın mütəmadi görüşlərini, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmasını təqdir edib.

Azərbaycanda 58 gəminin səfərə çıxmasına icazə verilməyib

7 Aprel 2017 11:48

Aparılan nəzarət yoxlamaları zamanı gəmilərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar səbəbindən ümumilikdə 58 gəminin səfərə çıxmasına icazə verilməyib.

Xarici bayraq altında üzən 69 gəmidə nöqsan aşkar edildi

7 Aprel 2017 11:45

Xarici bayraq altında üzən 69 gəmidə aparılan Liman nəzarəti yoxlamaları zamanı isə ümumilikdə 397 nöqsan aşkar edilib. Bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin hesabatında deyilir.

Yanmış evdə 4 yaşlı uşağın meyiti tapılıb

7 Aprel 2017 11:43

Biləsuvar rayonunda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur  

7 Aprel 2017 11:42

Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu yenidən qurulur. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, artıq 18 km uzunluğunda olan avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür.