Avropa Şurası ilə hüquqi sahədə layihələr təşviq olunur
Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilən "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək" layihəsinin icrası başa çatıb. Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar AŞ İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğu tərəfindən Bakıda yekun konfrans və Rəhbər Komitənin iclası keçirilərək layihənin nəticələri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Həmin tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan AŞ Ədliyyə və Hüquqi Əməkdaşlıq bölməsinin rəhbəri xanım Hanne Yunkerin başçılıq etdiyi nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü keçirilib.
7 Aprel 2017 12:14 SosialAvropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilən "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək" layihəsinin icrası başa çatıb. Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar AŞ İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğu tərəfindən Bakıda yekun konfrans və Rəhbər Komitənin iclası keçirilərək layihənin nəticələri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Həmin tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan AŞ Ədliyyə və Hüquqi Əməkdaşlıq bölməsinin rəhbəri xanım Hanne Yunkerin başçılıq etdiyi nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü keçirilib.
Avropa Şurası və onun struktur qurumları, o cümlədən CEPEJ ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir müavini ötən dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən qanunvericilik və institusional islahatlar və yeniliklər barədə məlumat verib, dövlətimizin başçısının cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının önəmini qeyd edərək bu mühüm sənədin məhkəmə və penitensiar sahələrdə əməli tədbirlərin görülməsi üçün "yol xəritəsi" olduğunu vurğulayıb. Bildirilib ki, məhkəmə-hüquq sahəsində Avropa Şurası ilə sıx əməkdaşlığın təzahürü olaraq adıçəkilən layihənin uğurlu icrası həyata keçirilən islahatlara dəyərli töhfədir və gələcək əməkdaşlıq üçün bir çox prioritetlər üzrə yeni perspektivlər mövcuddur. Xanım H.Yunker AŞ-nın əlaqələrin bundan sonra da davam etdirilməsinə və yeni layihələrin təşviqinə hazır olduğunu vurğulayıb.