Hicran Hüseynova Elizabet Brandberq ilə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İsveçin “Kvinna till Kvinna” qeyri-hökumət təşkilatının regional direktoru görüşü keçirilib. Komitədən verilən məlumata görə, görüşdə Hicran Hüseynova bir sıra beynəlxalq təşkilatlarla ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirib və birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
7 Aprel 2017 12:05 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İsveçin "Kvinna till Kvinna" qeyri-hökumət təşkilatının regional direktoru görüşü keçirilib. Komitədən verilən məlumata görə, görüşdə Hicran Hüseynova bir sıra beynəlxalq təşkilatlarla ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirib və birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Komitə sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevayanın fəaliyyətini xüsusilə qeyd edərək, bildirib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsində millət vəkili kimi onun böyük rolu olmuşdur. Həmçinin qeyd edib ki, hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilmişdir. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsi üzrə funksiyaları həyata keçirir. Sonra Hicran Hüseynova qeyd edib ki, "Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması uğrunda" regional layihəsinin prisipləri ilə ölkəmizdə "Koalisiya 1325" adlı qadın təşkilatı yaradılıb və uzun illərdir ki, səmərəli fəaliyyət göstərir. Hazırda bu layihə əsasında Milli Fəaliyyət Planı hazırlanır və İşçi qrupun görüşləri keçirilir.