Gündəm

Ermənilər mövqelərimizə mərmi atdı

7 Aprel 2017 11:41

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 100 dəfə pozub.

Səfir: "TAP ətrafında baş verənlərin həll ediləcəyinə əminəm"

7 Aprel 2017 11:39

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo ölkəsinin Latsio şəhər məhkəməsi tərəfindən TAP layihəsinin tikintisi üçün Ekologiya Nazirliyinin 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarının ləğvinə münasibət bildirib.

ABŞ Suriyaya endirdiyi zərbə barədə Rusiyanı əvvəlcədən məlumatlandırıb

7 Aprel 2017 11:32

ABŞ Suriya aviabazasına zərbə endirməzdən əvvəl Rusiya hərbçilərini xəbərdar edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, xəbərdarlıq iki ölkənin hərbçiləri arasında insidentlərin qarşısının alınması məqsədi ilə müəyyən edilmiş rabitə kanalları vasitəsi ilə ötürülüb. Pentaqon nümayəndəsi rusiyalı hərbçilərlə qurulan  təmasa dair təfərrüatları açıqlamaqdan boyun qaçırıb.     

Putin açıqladı

7 Aprel 2017 11:30

Rusiya prezidenti Vladimir Putin Amerikanın Suriyaya endirdiyi raket zərbələrinə dair açıqlama verdi. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Kreml Amerikanın bu addımını  dövlətə qarşı hücum kimi qiymətləndirir. Putin ötən gecə ABŞ – ın Suriyaya endirdiyi zərbələrin Rusiya – Amerika münasibətlərinə zərəz verdiyini vurğulayıb.

Tillerson: “Rusiya Suriyada kimyəvi silahların məhv etdirilməsinə dair razılaşmanı icra etməyib”

7 Aprel 2017 11:29

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyanın kimyəvi silah arsenalının məhv etdirilməsinə dair 2013-cü il tarixli razılaşmanı icra etməməkdə günahlandırıb. Tillerson, Rusiyanın sazişin icrası zamanı çox şeyə göz yumduğunu, və ya səlahiyyətsizliyə yol verdiyini qeyd edib.

Pentaqon: Suriyanın bombalanan bazasında kimyəvi silah olub

7 Aprel 2017 11:27

ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriyaordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.

Dövlət Departamenti: İdlibdəki insident ABŞ-Rusiya münasibətlərinə təsir edəcək

7 Aprel 2017 11:26

Suriyanın İdlib şəhərindəki kimyəvi silahla bağlı insident ABŞ-Rusiya münasibətlərinə təsir edəcək. Bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib. “Suriyada bu yaxınlarda baş verən insident münasibətlərə təsir edəcək. Həmçinin, Rusiyanın hadisələrə reaksiyası da bizim mövqeyə təsir edəcək”, - deyə məmur bildirib.   

Türkiyə ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləyib

7 Aprel 2017 11:23

Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş ABŞ-ın Suriyarejiminə aid aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib. N. Kurtulmuş Türkiyədəki “Fox TV”yə müsahibəsində bu addımı müsbət qiymətləndirdiklərini deyib: “ABŞ tərəfindən oradakı hərbi bazanın, yəni mülki şəxslərə atəş açıldığı, böyük ehtimalla kimyəvi silahlarla dinc sakinlərin bombalandığı o hərbi bazanın vurulması önəmlidir. Bunu müsbət qarşılayırıq. Amma beynəlxalq ictimaiyyət Əsəd rejiminin barbarlığına qarşı mövqeyini çox konkret şəkildə davam etdirməlidir - o vaxta qədər ki, Əsəd artıq xalqına zərər verə bilməyəcək hala gəlsin. Ona görə də, bu faktı müsbət qarşılayırıq, lakin bunun davamının gəlməsin və Əsəd rejiminin tam cəzalandırılmasının əsas şərt olduğunu düşünürük”.  

Mard: "Çalışacağam ki, gələcək fəaliyyətimdə də Azərbaycanla bağlı işlər görüm"

7 Aprel 2017 11:22

"Təxminən bir-iki ay hələ burdayam. Azərbaycanda olmaqdan çox şadam. Çalışacağam ki, gələcək fəaliyyətimdə də Azərbaycanla bağlı işlər görüm". Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Suriya hökuməti: Zərbə gözlənilməz oldu, gərginlik artmayacaq

7 Aprel 2017 11:20

Suriya hökuməti ABŞ-ın raket zərbələrinə rəsmi münasibətini açıqlayıb. Suriyanın informasiya naziri zərbələri məhdud və gözlənilməz adlandırıb. O, gərginliyin artması üçün əsas görmədiyini bildirib.  

Nazir: "IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək"

7 Aprel 2017 11:19

Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V iclası keçirilir. İclasda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyanın (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və digərləri iştirak edirlər.

Fransalı jurnalist Qarabağa getmək üçün Azərbaycandan icazə istədi

7 Aprel 2017 11:18

Fransadan olan sərbəst reportyor Roman Myelkarek Ermənistan tərəfindən işğal edilən torpaqlara getmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib. Jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib. Bu barədə  XİN-dən verilən məlumata görə, Roman Myelkarek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirib. O, gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib və xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş müvafiq anket formasini təqdim edib.

Tramp açıqlama verdi

7 Aprel 2017 11:08

ABŞ- dan Suriyaya zərbə

7 Aprel 2017 10:53