Tarix Muzeyində növbəti açıq dərs

Milli Azərbaycan Tarixi Muzeyi Vətən tarixinin təbliği və maarifçilik missiyasını uğurla həyata keçirir. Muzeydən "Olaylar" - a bildirilib ki, AMEA Prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Sabah" qrupları layihəsi çərçivəsində Muzeydə növbəti açıq dərs təşkil edilib. 

Mühazirə Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov tərəfindən "Azərbaycan Ağqoyunlular dövründə" mövzusu üzrə keçirildi.

Tarixçi mütəxəssis Bakı Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbələrinə XV əsr Azərbaycan mədəniyyəti, dövrün dini vəziyyəti, təriqətləri, Ağqoyunlu  hökmdarlarının daxili və xarici siyasəti haqqında, Avropa-Azərbaycan diplomatik əlaqələri mövzusunda da geniş açıqlama ilə izahat verib. Muhazirə  mövzu üzrə slaydla müşayiət olundu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31