Nazir: "IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək"

Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V iclası keçirilir. İclasda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyanın (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və digərləri iştirak edirlər.

Tədbirdə çxış edən İslam Həmrəyliyi İdman Federasiyanın (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar oyunların hazırlığının yüksək səviyyədə aparılmasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. O, bu tədbirin Oyunların açılışına hazırlıq üçün son işlərinin müzakirə olunması baxımından olduqca əhəmiyyətli sayıb. 

Gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Oyunların açılış mərasiminə 36 gün qaldığını bildirib: "Çox şadam ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcək. Şübhə yoxdur ki, mayın 12-də başlayacaq IV İslam Həmrəyliyi Oyunları bütün islam dünyasını Azərbaycanda birləşdirəcək. Əldə etdiyimiz inkişafdan çox məmnunuq. Biletlər plana uyğun şəkildə satılır. Biletlərin satışı gözləntiləntilərimizə uyğun davam edir. Mən könüllülərin bu Oyunlara göstərdiyi maraq və diqqəti yüksək qiymətləndirirəm. Son ay ərzinfə könüllülər üçün təlim proqramı hazırlamışıq. Bu proqram 8000 könüllümüzü lazımi bilik və bacarıqlarla təmin edir". 

Nazir deyib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı yarışlar 16 idman arenasında keçiriləcək. Artıq 3000-dən çox idmançı yarışlarda iştirak üçün qeydiyyatdan keçib: "Hələ qarşıda görüləcək işlər var. Biz bu oyunlara yüksək həvəs və peşəkarlıqla hazırlaşırıq".

Daha sonra IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx təqdim edilib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31