Tillerson: “Rusiya Suriyada kimyəvi silahların məhv etdirilməsinə dair razılaşmanı icra etməyib”
ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyanın kimyəvi silah arsenalının məhv etdirilməsinə dair 2013-cü il tarixli razılaşmanı icra etməməkdə günahlandırıb. Tillerson, Rusiyanın sazişin icrası zamanı çox şeyə göz yumduğunu, və ya səlahiyyətsizliyə yol verdiyini qeyd edib.
7 Aprel 2017 11:29 DünyaABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyanın kimyəvi silah arsenalının məhv etdirilməsinə dair 2013-cü il tarixli razılaşmanı icra etməməkdə günahlandırıb. Tillerson, Rusiyanın sazişin icrası zamanı çox şeyə göz yumduğunu, və ya səlahiyyətsizliyə yol verdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ hesab edir ki, Suriya rəhbərliyi ötən müddət ərzində iflic yaradan "zarin" qazından istifadə etməkdə davam edib. Tillerson Suriyaya endirilən raket zərbəsinin "proporsional" olduğunu bildirib. Apa.az"Röyters"ə istinadən xəbər verir.