Pentaqon: Suriyanın bombalanan bazasında kimyəvi silah olub

ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriyaordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.

ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriyaordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin bəyanatında bildirilir.

"Suriyanın "Şəyrat" aviabazası kimyəvi silahların saxlanılması üçün istifadə edilib. ABŞ kəşfiyyatının məlumatına görə, aprelin 4-də kimyəvi silahlardan istifadə etmiş təyyarələr məhz bu aerodromdan havaya qalxıb. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib", - deyə  Ceff Devisin bəyanatında bildirilir.     

Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib.  ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən 59 qanadlı raketin buraxıldığı bildirilir.   Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31