Estonia Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyir

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mihail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə,  Spiker qonağın Estoniya parlamentində  fəaliyyətini xatırlayaraq, onun qanunverici orqanda Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri kimi gördüyü işləri yüksək qiymətləndirib. Sədr parlamentlərarası əlaqələrin inkişafından söz açaraq, deputatlarımızın mütəmadi görüşlərini, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmasını təqdir edib.

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mihail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə,  Spiker qonağın Estoniya parlamentində  fəaliyyətini xatırlayaraq, onun qanunverici orqanda Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri kimi gördüyü işləri yüksək qiymətləndirib. Sədr parlamentlərarası əlaqələrin inkişafından söz açaraq, deputatlarımızın mütəmadi görüşlərini, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmasını təqdir edib. Bildiriib ki, hər iki dövlət qısa zaman kəsiyində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün böyük yol qət etmişdir: "Bu yolun davam etdirilməsi, xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı vacib məsələlərdəndir. Biz etibarlı tərəfdaşlarla, dost ölkələrlə münasibətlərimizin daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk". Oqtay Əsədov ölkəmizdə həyata keçirilən qlobal layihələrdən danışaraq, Azərbaycanın Şimal-Cənub, Qədim İpək Yolunun bərpası kimi nəqliyyat dəhlizlərinin reallaşmasındakı rolu, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə barədə qonağa məlumat verib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mihail Korb bildirib ki, onun təmsil etdiyi ölkə Qafqazın bu bölgəsi ilə  siyasi, iqtisadi, mədəni əlaqələrin daha da inkişafında maraqlıdır. Mihail Korb ölkəsinin Azərbaycanın fəal iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyini, poçt-rabitə sahəsində əməkdaşlığın daha da inkişaf etdirmək niyyətini dilə gətirib. Bildirib ki, təkcə bu il  iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artmışdır. Ancaq Estoniya Azərbaycanla iqtisadi münasibətlərini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaq arzusundadır. Bu baxımdan lazımi addımların atılması üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi çox əhəmiyyətlidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31