Komitə uşaq əməyinin istismarı ilə bağlı təlim keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 12-19 aprel 2017-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri, Bakı şəhəri Səbail və Suraxanı rayonunda yerləşən məktəblərin 8-11-ci sinif şagirdləri üçün maarifləndirici təlim keçiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 12-19 aprel 2017-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri, Bakı şəhəri Səbail və Suraxanı rayonunda yerləşən məktəblərin 8-11-ci sinif şagirdləri üçün maarifləndirici təlim keçiriləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin və "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin əməkdaşları təlimçi qismində iştirak edəcək.Təlim zamanı uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, onların sosial və hüquqi müdafiəsi, eyni zamanda narkomaniyanın zərərləri, insan alverinin qarşısının alınmasına dair tələbələr və şagirdlərə ətraflı məlumatlar çatdırılacaq, həmçinin, iştirakçılar insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndiriləcəkd. Sonda mövzu ətrafında uşaqlarla müzakirələr aparılacaq və iştirakçılara maarifləndirici çap materialları təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31