Yeni Elektron Xidmət
“Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciət və sənədlərin qəbulu” elektron xidmətin istifadəsinin asanlaşdırılması məqsədi ilə elektron xidmət yenidən hazırlanaraq,vətəndaşların istifadəsinə verilib.
7 Aprel 2017 13:48 Sosial"Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciət və sənədlərin qəbulu" elektron xidmətin istifadəsinin asanlaşdırılması məqsədi ilə elektron xidmət yenidən hazırlanaraq,vətəndaşların istifadəsinə verilib.
Nazirlikdən "Olaylar" - a bildirilib ki, xidmətin istifadəyə verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.01.2017- ci il tarixli 03 nömrəli əmri ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2017-ci il üçün İş Planı"nın 1(1.1.) - ci bəndinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.02.2017 - ci il tarixli 09 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın icrasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 2 (5.4.2.2.) - ci bəndinin icrası məqsədi ilə həyata keçirilib.