Asəf Hacıyev Fəxri diplomuna layiq görülüb

Akademik Asəf Hacıyev Banqladeşin Dəkkə Universitetinin Fəxri diplomuna layiq görülüb. Akademiyadan “Olaylar” – a bildirilib ki, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İdarəetmənin nəzəri problemləri şöbəsinin müdiri, akademik Asəf Hacıyev   Banqladeş Respublikasında elmi ezamiyyətdə olub. Səfər Banqladeşin Dəkkə Universitetinin dəvəti ilə baş tutub.

Akademik Asəf Hacıyev Banqladeşin Dəkkə Universitetinin Fəxri diplomuna layiq görülüb. Akademiyadan "Olaylar" - a bildirilib ki, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İdarəetmənin nəzəri problemləri şöbəsinin müdiri, akademik Asəf Hacıyev   Banqladeş Respublikasında elmi ezamiyyətdə olub. Səfər Banqladeşin Dəkkə Universitetinin dəvəti ilə baş tutub.

Akademik A.Hacıyev universitetdə "Ehtimal nəzəriyyəsinin müasir problemləri" mövzusunda mühazirələr oxuyub. Birgə araşdırmaların aparılmasına dair müzakirələrdə iştirak edib. Səfər çərçivəsində Asəf Hacıyev universitetin vitse-prezidenti, professor Arefin Sidque və professor Şibli Rubayat ilə də görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31