Deputat: “ Əminəm ki, burada da erməni izi var və məsələ heç də texniki səhvlədə deyil”

Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova Rusiya Azərbaycan Konqresinin ləğvu ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin bu ölkənin Ali Məhkəməsinə müraciətini pisləyib. Deputat bildirib ki, Rusiyada yüzlərlə erməni QHT-si fəaliyyət göstərdiyi halda, Azərbaycanla bağlı diaspor təşkilatını ləğv etmək istəmələri anlaşılan deyil:“Bu yaxınlarda Arxangelskdə “Bolşaya Armeniya” təşkilatı peyda olub.

Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova Rusiya Azərbaycan Konqresinin ləğvu ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin bu ölkənin Ali Məhkəməsinə müraciətini pisləyib. Deputat bildirib ki, Rusiyada yüzlərlə erməni QHT-si fəaliyyət göstərdiyi halda, Azərbaycanla bağlı diaspor təşkilatını ləğv etmək istəmələri anlaşılan deyil:"Bu yaxınlarda Arxangelskdə "Bolşaya Armeniya" təşkilatı peyda olub. Moskvanın tam mərkəzində isə Ermənistan kilsəsinin "Rossiyskaya i Novo-Naxiçevanskaya yeparxiya Svyatoy Armyanskoy pravoslavnoy Çervki" adında yeparxiyası fəaliyyət göstərir. Bütün bu təşkilatlar ermənilərin Türkiyə, İran, Azərbaycana qarşı ərazi iddialarını əks etdirən xəritə, kitab, ədəbiyyatı yaymaqla məşğuldur. Bütün bu qanunsuz əməllərə Rusiya dövlət orqanları nədənsə göz yumurlar. Amma ən hörmətli və rusiya hökumətinə ən loyal bir təşkilatı Ədliyyə Nazirliyi bağlamaq qərarına gəlib. Əminəm ki, burada da erməni izi var və məsələ heç də texniki səhvlədə deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31