Radikalların növbəti gərginlik yaratmaq cəhdi
Radikal müxalifət yenə ölkədə sabitliyi pozmaq, gərginlik yaratmaq cəhdlərinə əl atıb. Məlum olduğu kimi bu məqsədlə aprelin 8-nə etiraz aksiyası da təyin ediblər. Sosial şəbəkələrdə bu aksiyaya “ciddi” hazırlaşan radikallar iddia edirlər ki, 8 aprel mitinqi öz kütləviliyi ilə seçiləcək və daha çox insan bu aksiyaya qoşulacaq. Amma cəmiyyətin kütləvi aksiyalara olan münasibəti, mitinq təşkilatçılarının sosial bazası, eləcə də digər amillərə nəzər yetirdikdə bunun tamamilə əksi ortaya çıxır. Belə ki, Azərbaycan xalqı hazırkı situasiyada kütləvi aksiyalara heç bir sosial sifarişin olmadığını bildirməklə yanaşı, həmçinin ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa hesablanmış aksiyalara da qoşulmaq barədə düşünmür. Elə ekseprtlər də bu qənaətdədirlər. Politoloq Cəbrayıl Fərzəliyevlə də söhbətimizdə Milli Şura adlanan qurumun 8 aprel aksiyası və ona olan münasibət barədə söhbətləşdik.
7 Aprel 2017 14:28 MüsahibəCəbrayıl Fərzəliyev: "Bütün qara kampaniyalara rəhbərliyi ipi erməni lobbisinin əlində olan Əli Kərimli edir"
"Xalq bunların təşkil etdikləri ucuz şoulara heç bir zaman dəstək vermədiyi kimi, bu dəfə də dəstək verməyəcək"
Radikal müxalifət yenə ölkədə sabitliyi pozmaq, gərginlik yaratmaq cəhdlərinə əl atıb. Məlum olduğu kimi bu məqsədlə aprelin 8-nə etiraz aksiyası da təyin ediblər. Sosial şəbəkələrdə bu aksiyaya "ciddi" hazırlaşan radikallar iddia edirlər ki, 8 aprel mitinqi öz kütləviliyi ilə seçiləcək və daha çox insan bu aksiyaya qoşulacaq. Amma cəmiyyətin kütləvi aksiyalara olan münasibəti, mitinq təşkilatçılarının sosial bazası, eləcə də digər amillərə nəzər yetirdikdə bunun tamamilə əksi ortaya çıxır. Belə ki, Azərbaycan xalqı hazırkı situasiyada kütləvi aksiyalara heç bir sosial sifarişin olmadığını bildirməklə yanaşı, həmçinin ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa hesablanmış aksiyalara da qoşulmaq barədə düşünmür. Elə ekseprtlər də bu qənaətdədirlər. Politoloq Cəbrayıl Fərzəliyevlə də söhbətimizdə Milli Şura adlanan qurumun 8 aprel aksiyası və ona olan münasibət barədə söhbətləşdik.
-Cəbrayıl bəy, məlum olduğu kimi radikal müxalifət yenidən mitinq keçirmək qəraına gəlib və aksiya təyin edilib. Sizcə indiki halda mitinqlər üçün sosial sifariş varmı?
-Ümumiyyətlə mən bunu hər zaman vurğulamışam və yenə də qeyd etmək istəyirəm ki, ölkəmizin ictimai-siyasi həyatında hər hansı bir canlanma, yenilik müşahidə edildiyi zaman radikal müxalifət müxtəlif yollarla istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə dövlətimizin imicinə kölgə salmağa çalışır. Əlbəttə ki, bütün bunlar sosial sifariş əsasında həyata keçrilir Radikallar xaricdəki hamilərindən nəsə umduqlarından hələ də onların sifarişləri əsasında oturub dururlar. Məsələn radikal müxlifət nümayəndələrinin bir sıra səfirliklərlə görüşmələri də onu təsdir edir ki, radikallar məhz elə Qərbin sifarişini icra etmək üçün mitinqlərə start veriblər. AXCP sədri Əli Kərimli ilə Milli Şura sədri Cəmil Həsənlinin əməlləri də bunu təsdiq edir.
-Adətən radikal müxalifət, xüsusilə AXCP sədri Əli Kərimli Azərbaycan mühüm tədbirlərə evsahibliyi edən ərəfədə fəallaşır. Qarşıdan İslam Həmrəylik Oyunlarının gəldiyini nəzərə alsaq, belə qənaətə gəlmək olarmı ki, radikallar bu oyunlara kölgə salmaq məqaədilə hərəkətə keçiblər?
-Bəli çox düzgün vurğuladınız ki, Azərbaycan hər zaman hansısa mötəbər tədbirə ev sahibliyi etdiyi zaman radikal müxalifət xarici havadarlarının sosial sifarişini yerinə yetirməklə müxtəlif yollarla qara kampaniyalar aparmağa başlayır və hər vəchlə ölkəmizin beynəlxalq nüfuzunu ləkələməyə çalışır. Bunun bariz nümunəsi kimi biz 2015-ci il Birinci Avropa Oyunlarını misal göstərə bilərik. Hansı ki, ölkəmiz bütün Avropanı Bakıya toplamaqla Birinci Avropa Oyunlarına möhtəşəm ev sahibliyi etdi və bütün dünyaya bir daha idman ölkəsi olduğunu isbatlamış oldu. Amma radikal müxalifət yenə öz xain, məkirli planlarından əl çəkməyərək qara piar aparmağa başladı və hansı yolla olur- olsun ölkəmizin artan nüfuzunu gözdən salmaq istədi. Hazırda da eyni tendenisya davam etdirilir. 2017-ci il İslam Həmrəylik Oyunları öncəsi də bu məkirli qüvvələr öz çirkin ambisiyalarını davam etdirirlər. Cənab Prezident İlham Əliyev özü də dəfələrlə qeyd edib ki, İslam sühv və qardaşlıq dinidir və Azərbaycan bu oyunlara ev sahibi etməklə bütün dünyaya İslam həmrəyliyinin sülh və qardaşlığa açılan yeni bir yol olduğu mesajını vermiş olur. Amma təəssüf ki, hər zaman dini əlində siyasi alət edən, hər zaman ekstermist, anarxist mövqe nümayiş etdirən radikal müxalifət bu dəfə də öz "ənənə"sinə sadiqdir. Və təbii ki, bütün bu qara kampaniyalara da rəhbərliyi ipi erməni lobbisinin, antiazərbaycan qüvvələrinin əlində olan Əli Kərimli edir. Çünki AXCP sədrinin əsas ambisiyasi Azərbaycanda mövcud ictimai-siyasi sabitliyə kölgə salmaqdan və ölkəmizin nüfuzunu aşağılamaqdan ibarətdir.
-Məlumdur ki, belə tapşırıqları radikallar bir qayda olaraq xaricdəki müəyyən antiAzərbaycan qüvvələrdən alırlar. Maraqlıdır ki, həmin qüvvələri nədən Azərbaycanın uğurları narahat edir?
-Bilirsinizmi, Azərbaycan müstəqllik əldə edəndən bəri hər zaman müstəqil siyasət həyata keçirib və bütün dövlətlərə dövlətlərarası, hökümətlərarası münasibətləri beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bərabərhüquqlu formada bərqərar edib və bu xətlə də öz siyasətini davam etdirir. Təbbi ki, ölkəmizin müstəqil siyasət həyata keçirməsi də bəzi Qərb dairələrini narahat edir. Ona görə də bu antiazərbaycan dairələri ölkəmizdəki belə desək, nümayəndələri olan 5-ci kolonun elementlərindən istifadə edirlər. Yəni Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər kimi ermənipərəst cəbhədə dayanan radikalçılardan bir siyasi alət kimi istifadə edirlər. Bir sözlə, son illər Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisi, onların maddiyyat təsiri altında olan qeyri-səmimi, riyakar siyasətçilər, eləcə də, Azərbaycanın davamlı, real uğurlarını həzm etmək iqtidarında olmayan xarici anti-Azərbaycan qüvvələr və islamofob dairələr qaranlıq məqsədlərini gerçəkləşdirməkdən ötrü ölkəmizə qarşı total informasiya müharibəsi aparmaqda davam edirlər. Və bunun da əsasında ölkəmizin yürütdüyü müstəqil siyasət və dövlətlərarası münasibətlərdə bərabərhüquqluluq dayanır.
-Sizcə, radikalların mitinqinə cəmiyyət dəstək verəcəkmi?
-Bu sualınıza birmənalı şəkildə cavab verə bilərəm ki, xalq bunların təşkil etdikləri ucuz şoulara heç bir zaman dəstək vermədiyi kimi, bu dəfə də dəstək verməyəcək. Çünki xalq bunlara olan inamını çoxdan itirib. AXCP Müsavat birliyi zamanında hakimiyyətdə olarkən ölkənmiz anarxiyanın, hərc-mərcliyin, özbaşnalığın girdabında idi. Ölkəmiz dərin iqtisadi tənəzzül dövrünü yaşayırdı və bütün bunların əsasında məhz o zamankı iqtidarın yarıtmaz, səriştəsiz və xəmiri xəyanətlə yoğrulan siyasəti dayanırdı. Ona görədir ki, xalq heç bir zaman bu qüvvələrə etimad göstərmir, güvənmir. Və əminlikə söyləyə bilərəm ki, sabah baş tutacaq mitinqlərinə də öz qohumlarından başqa heç kim gəlməyəcək.
-Ümumiyyətlə, radikalların aksiya keçirmək üçün sosial bazaları varmı?
-Bilirsinizmi, gündəmdə heç bir ciddi və problemli məsələ olmaya-olmaya kütləvi aksiya keçirməyə heç bir əsas yoxdur. Amma yenə qeyd edirəm radikal müxalifət xarici havadarların, daha doğrusu qrant qaynaqlarından sosial sfariş aldıqları üçün belə aksiya keçirmək istəyirlər, buna məcburdurlar. Təbii ki, sosial bazası və elektoratı yoxdur və heç nəyə nail ola bilməyəcəklər. Həm özlərinin daxilində ciddi problem var və həm də ümumiyyətlə, əhali tərəfindən bunlara qarşı etimad yoxdur.
Süleyman