Ümumdünya Sağlamlıq Günü
1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır.
7 Aprel 2017 14:30 Sosial1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır.
2017-ci ilin Ümumdünya Sağlamlıq Günü yayılmasına görә әmәk qabiliyyәtinin vә sağlamlığın itirilmәsinin ikinci amilinә, vә ÜST-nın Avropa regionunda 128 000 suisid halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib.
ÜST-nın "Depressiya: gәlin danışaq" kampaniyası geniş ictimaiyyət kütlәsinin depressiyanın nәticәlәri vә onunla mübarizә yolları vә, elәcә dә, depressiya ilә yaşayan insanlara dәstәyin necә verilmәli olduğu barәdә mәlumatlandırılmasına yönәldilib.
Azәrbaycanda da Sәhiyyә Nazirliyi vә ÜST-nın dәstәyi ilә Ümümdünya Sağlamlıq Gününә hәsr olunmuş silsilә birgә tәdbirlәrinin hәyata keçirilmәsi planlaşdırılır.