Gündəm
Xəzərdən daha bir neftçinin meyiti tapıldı
Aprelin 9-da dənizdə aşkar edilən kişi meyitinin itkin düşən neftçiyə aid olduğu müəyyənləşib. Axtarış - Xilasetmə Qərargahından verilən məlumata görə, həyata keçirilən axtarış - xilasetmə əməliyyatları nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru" vəzifəsində çalışmış 1967 - ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Əli Kərimli müxalifəti necə parçaladı?
Əli Kərimlinin rəhbəri olduğu AXCP və Milli Şuranın birgə keçirdiyi 8 aprel mitinqi müxalifət düşərgəsində qarşıdurmaya səbəb olub. Belə ki, həm mitinqin keçirilmə vaxtı, həm də aksiyada işirakçıların tərkibi sözügedən düşərgədə qarşılıqlı ittihamlarla müşahidə olunub. Müxalifət təmsilçiləri mitinqin vaxtının düzgün seçilməməsi, eləcə də aksiyaya qatılan insanların sayının kifayət qədər az olduğunu əsas gətirərək onun heç bir təsir imkanına malik olmadığını bəyan ediblər.
Qeyri-neft sektoru inkişaf mərhələsində
2015-ci ilin sonlarından dünyada iqtisadi zəmində yaşanan arzuedilməz proseslər, neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini zərurətə çevirdi. Təbii ki, bu zərurət Azərbaycanda da hiss edilirdi.
Müharibə risqi azalmayıb
Aprelin ilk günlərində Qərbin, Rusiyanın və Ermənistanın qorxduğu baş vermədi. Cəbhə bölgəsindəki vəziyyət ötənilki ilə müqayisədə nisbətən sakitdir. Doğrudur atəşkəs yenə də pozulur, ancaq 2016-cı ildəki döyüşlər qeydə alınmadı. İkinci qorxu ondan ibarət idi ki, Ermənistanda 2 apreldə keçən parlament seçkisi zamanı Azərbaycan ordusu hücuma keçə bilər. Bu da baş vermədi.
İşğalçı ölkənin Azərbaycan qorxusu
Azərbaycanın siyasi və diplomatik gücü ilə bərabər hərbi qüdrətinin də artması işğalçı Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb. Xüsusilə bu narahatçılıq keçən ilin aprel ayından özünü açıq şəkildə büruzə verməkdədir. Uzun illərin acı məğlubiyyətindən sonra Azərbaycan Silahlı Qüvvələrinin keçən ilin 2-4 aprel tarixlərində erməni təxribatına cavab olaraq həyata keçirdiyi uğurlu hərbi əməliyyat Ermənustan rəhbərliyində bir məsələdə də qəti əminlik yaratdı ki, Azərbaycan tərəfinin güclü hərbi potensialı olması barədə səsləndirdiyi bəyanatlar boş sözlər deyil və bu bəyanatların arxasında real güc, qüvvə dayanır. Bu mənada aprel hadisələrini Ermənistan üçün bir dərs kimi də qiymətləndirmək doğru olardı. Elə bu səbəbdəndir ki, Ermənistan hakimiyyəti almış olduğu dərsdən nəticə çıxararaq aciz şəkildə atəşkəs tərəfdarı olduğunu bəyan etdi. Və beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun üzvü olan ölkələri dövriyyəyə soxaraq məhv olmasına doğru gedən hərbi əməliyyatları dayandımaq şansı qazandı.
Tillerson: "Suriyada yenidən kimyəvi silahdan istifadə edilməsinə imkan verməyəcəyik"
ABŞ Suriyada kimyəvi silahdan yenidən istifadə edilməsinə imkan verməyəcək. Bu sözləri ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O bildirib ki, ABŞ kimyəvi silahın İŞİD-in əlinə keçməsinə də imkan verə bilməz.
İrəvanda iki şagird məktəbdə qolunu doğrayıb
İrəvandakı məktəblərdən birində iki şagird intihara cəhd edib. 10 və 11-ci sinif şagirdləri ülgüclə sol qollarını doğrayıblar. İlkin versiyaya əsasən direktor 10-cu sinif şagirdini dərsliyin pulunu ödəmədiyi üçün danlayıb. Nəticədə yeniyetmələr intihara cəhd edib.
"Prezidentin söylədikləri həm də böyük dövlətlərə bir mesaj idi"
Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanla bağlı söylədiyi fikirlər faktlara əsaslanır. Azərbaycan prezidenti bütün çıxışlarında olduğu kimi, budəfəki çıxışında da yenə çağırış edərək bildirdi ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv çıxış etməlidir”. Bunu Milli Məclisin deputatı Fərəc Quliyev deyib.
Berlin aeroportunda HƏYƏCAN - Terminallardan biri bağlandı
Almaniyanın paytaxtı Berlində "Şenefeld" hava limanının terminallarından biri polis tərəfindən bağlanıb. Buna səbəb aeroport ərazisində sahibsiz əşyanın tapılması olub. Əvvəlcə, A terminalının qismən bağlandığı bildirilsə də, sonradan terminal bütünlüklə bağlanıb.
Elşən İsmayıl yazır... “Bizlərə xoşbəxtlik verib qadınlar...”
Anadır, bacıdır, canımdan candır, Güləndə güləndir, həm ağlayandır. Sevgisiylə gözümü bağlayandır, Dünyaya mələktək enib qadınlar, Bizlərə xoşbəxtlik verib qadınlar...
Uşaq əməyinin istismarı niyə artır?
Azərbaycanda insan alveri ilə əlaqədar cinayətlərin sayının artması müşahidə olunur. Xüsusən, uşaq əməyinin istismarı halları nəzərəçarpacaq dərəcədə artıb.
Musiqili Teatr Dədə Qorqud festivalında
Qarabağı cənnətə çevirmək planı hazırdır
Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Gec-tez torpaqlarını düşmən tapdağından azad edəcək. Üstəlik qısa zaman kəsiyində soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün lazım olan bütün infrastruktur yaradılacaq.
Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib
Qlobal iqtisadi təhdidlərə, böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf yolunu davam etdirir. Düzdür, bu təhdidlər müəyyən mənada ölkəmizə təsirsiz ötüşmür. Ancaq müsbət məqam ondan ibarətdir ki, qeyd edilən təsirlər minimum səviyyədədir və Azərbaycan dövləti öz uğurlu siyasəti ilə həmin təsirləri də önləməyə müvəffəq olur. Nəticə etibarilə Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya istiqamətində çox uğulu addımlar atır.
Bank sektorunda sağlamlaşdırılma aparılmalıdır
Azərbaycanda banklarla müştərilər arasında yaranan çəkişmələr tükənmək bilmir. Rəsmi məlumata görə, hazırda məhkəmələrdə baxılan mülki işlərin böyük əksəriyyəti məhz bu sahəni əhatə edir. Məsələ orasındadır ki, sözgedən çəkişmələrdə hər iki tərəfin suçu danılmazdır.












