Qeyri-neft sektoru inkişaf mərhələsində

2015-ci ilin sonlarından dünyada iqtisadi zəmində yaşanan arzuedilməz proseslər, neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini zərurətə çevirdi. Təbii ki, bu zərurət Azərbaycanda da hiss edilirdi.

Cari ilin birinci rübünün yekunları bunu deməyə əsas verir

2015-ci ilin sonlarından dünyada iqtisadi zəmində yaşanan arzuedilməz proseslər, neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini zərurətə çevirdi. Təbii ki, bu zərurət Azərbaycanda da hiss edilirdi. Ancaq Azərbaycan üçün müsbət məqamlardan biri ondan ibarət idi ki, ölkəmiz qeyri-neft sektorunun inkişaf etdirilməsinə məlum neft böhranı başlamadan öncə start vermişdi və ötən müddət ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində əsaslı nailiyyətlər də də əldə edilib desək yanılmarıq. 2004-cü ildən icrasına start verilən "Regionların sosial iqtisadi inkişafı Dövlət Proqram" demək olar ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəm amil oldu. Ötən illər ərzində bu sahədə əldə edilən nailiyyətlər də belə deməyə əsas verir. Digər tərəfdən son illərin iqtisadi və maliyyə böhranı dövründə bu böhranın Azərbaycanda minimum səviyyədə hiss edilməsi, digər inkişaf etmiş ölkələr nisbətən Azərbaycanda iş yerlərinin kütləvi şəkildə bağlanması prosesinin müşahidə olunmaması da məhz zamanında qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımların atılması ilə bağlıdır.

Cari ilin ilk üç ayının statistikasına nəzər yetirdikdə də ölkədə qeyri-neft sektorunda artımın baş verdiyi açıq şəkildə görünür. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu faktı diqqətə çatdırıb. Müşavirədə iqtisadiyyatımızın əsas göstəricilərinə nəzər salan Prezident İlham Əliyev ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirib. Birinci rübdə valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artdığını və bu gün valyuta ehtiyatlarımızın 38,5 milyard dollar təşkil etdiyini deyən dövlətimizin başçısı bunu önəmli məsələ adlandırdı: "Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir".

Qeyri-neft sektorunun inkişafında mühüm istiqamətlərdən birinin turizm sahəsi təşkil etdiyini nəzər alsaq, o zaman bu istiqamətdə qazanılan uğurları da qeyri-neft sektorunun inkişafına aid etmək mümkündür. Prezidenti İlham Əliyevin məlum müşavirədə qeyd etdiyi kimi bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərində 25 faiz artım qeydə alınıb ki, bu da qeyd edilən sahənin inkişafına təkan verən amillərdəndir. Xarici turistlərin istirahət etmək üçün məhz Azərbaycanı seçməsinin digər mühüm bir səbəbi də Azərbaycanda mövcud olan sabitlik, yaradılan müasir infrastrukturla əlaqədardır.

Günümüzdə qeyri-neft sektorunun inkişafı istiqamətində ən prioritet hesab edilən istiqamətlərdən biri də sənaye istehsalı və kənd təsərrüfatıdır. Xüsusilə, kənd təsərrüfatı, bu sahə üzrə müxtəlif istiqamətlərin inkişaf etdirilməsi dövlətin əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Bu mənada Prezidentin iştirakı ilə bir neçə gün əvvəl Saatlı rayonunda pambıqçılığın inkişaf etdirilməsi məqsədilə keçirilən müşavirə də mühüm əhəmiyyət kəsb edirdi. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı da sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırdı. Rayonlarda sənaye zonalarının yaradıldığını deyən dövlət başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd edib və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulayıb. Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini söyləyib. Bölgələrdə məşğulluğun artırılmasının daim diqqətdə saxlanılmasının vacibliyini bildirən dövlət başçısı sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini diqqətə çatdırıb".

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması, yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərir. Həmçinin bu ölkədə iqtisadi inkişafa, gələcəkdə iqtisadi potensialımızın güclənməsinə imkan yaradır. Məhz qeyd edilən sahədə əldə edilən uğurların nəticəsidir ki, Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi cari ilin birinci rübündə ölkədə 85 min yeni iş yeri yaradılıb . Müsbət məqamlardan biri ondan ibarətdir ki, yeni iş yerlərinin yaradılması təkcə dövlət sektorunda deyil. Eyni zamanda özəl sektorda da bu proses davam edir. Maraqlıdır ki, göstərilən müddət ərzində təkcə özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb və bu da Prezident İlham Əliyevin qeyd etdiyi kimi iqtisadi inkişafın təzahürüdür.

Azərbaycanda son illər ərzində tikinti sahəsində də inkişaf tempi müşahidə edilir və bu da öz növbəsində qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Elə Prezident İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı diqqət çatdırıb ki, bu il inşaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: "Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür, həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, yaxud da kirayə pulu verilir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31