Bəzi xəstəxanaların adı dəyişdirildi
16:33 SosialQuba rayonunda bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə əlaqədar tibb müəssisələrinin siyahısında dəyişiklik edilib.
Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarə əsasən, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısının 42.5-ci bəndindən "Alekseyevka" və "Vladimirovka" sözləri çıxarılıb.
Eyni zamanda, siyahıya "Yuxarı Digah" abzasından sonra "Çinarlı" və "Elbi" adları əlavə edilib.
Dəyişiklik Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında 2026-cı il 12 may tarixli qanunun icrası ilə əlaqədar həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31