Bank sektorunda sağlamlaşdırılma aparılmalıdır
Azərbaycanda banklarla müştərilər arasında yaranan çəkişmələr tükənmək bilmir. Rəsmi məlumata görə, hazırda məhkəmələrdə baxılan mülki işlərin böyük əksəriyyəti məhz bu sahəni əhatə edir. Məsələ orasındadır ki, sözgedən çəkişmələrdə hər iki tərəfin suçu danılmazdır.
11 Aprel 2017 14:52 İqtisadiyyatDeputat: "Kreditlərlə bağlı problemlər də araşdırılıb həllini tapmalıdır"
Azərbaycanda banklarla müştərilər arasında yaranan çəkişmələr tükənmək bilmir. Rəsmi məlumata görə, hazırda məhkəmələrdə baxılan mülki işlərin böyük əksəriyyəti məhz bu sahəni əhatə edir. Məsələ orasındadır ki, sözgedən çəkişmələrdə hər iki tərəfin suçu danılmazdır. Beelə ki, bir sıra hallarda banklar çüştərilər üzərinə əlavə vəzifələr yükləyir, yaxud müştərilər əsassız olaraq kredit borcunu ödəməkdən imtina edir. Hətta müştərilər qarşısında götürdüyü öhdəliyi ödəməkdən yayınan bəzi banklar bilərəkdən müflisləşməyə gedirlər. Bankın rəhbərlərinin cəmiyyətdən cəlb olunmuş vəsaitlər hesabına məsuliyyətsiz hərəkətləri nəticəsində bu vəsaitlər itir, bəzi hallarda hətta bilərəkdən fırıldaqçılığa da gedirlər, nəticədə bank müflis olur. Dövlət də hazırda bu halda Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə əhalinin əmanətlərini qaytarır, ancaq nə səhmdarlar, nə də bankın menecmenti məsuliyyət daşımır. Məhz belə hallar nəzərə alındığından qanunvericilikdə dəyişikliklərin edilməsi təkilif olunur. Qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar. Xatırladaq ki, belə bir təcrübə Azərbaycan qanunvericiliyində ilk dəfədir ki, təklif olunur. Baxmayaraq ki, dünyada bu təcrübə çox geniş tətbiq olunur.
Baş nazirin müavini Əli Əhmədov deyib ki, insanları narahat edən yüksək kredit faizləri ilə bağlı Azərbaycan hökumətinin ciddi çalışmaları var. Nazir müavini bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin hökumətin iclasında bildirdiyi kimi bank sektorunda olan yarıtmaz hallar ölkə iqtisadiyyatına böyük zərbə vurub: "Bu, reallıqdır. Amma Prezidentimizin tapşırığı ilə hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atılır. Təbii ki, bunların arasında kreditlərlə bağlı problemlər də obyektiv şəkildə araşdırılıb öz həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil. Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da ciddi dəstək vermək də mümkün deyil. Bütün bunlar hamısı hökuməti ciddi şəkildə düşündürür. Obyektiv çətinliklər var, bununla bağlı ən düzgün qiyməti cənab Prezident verib. Bu istiqamətdə çox ciddi addımlar atılır və güman edirəm ki, yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırma işlərini həyata keçirə biləcəyik".
Millət vəkili Əli Məsimli isə qeyd edib ki, "Banklar haqqında" qanun layihəsində əsas aparıcı müdddəalarında anlaşılan olmadığından, bu maddələrlə bağlı əlavə arayış verilməlidir. Onun sözlərinə görə, bu mürəkkəb və anlaşılmayan maddələrlə bağlı əlavə arayış verilməlidir. Millət vəkili qanun layihəsinə nəzərdə tutulan digər çatışmazlıqlar barəsində danışaraq bildirib ki, birbaşa apellyasiya şikayətinin indiki məqamda nə dərəcə doğru olduğu izah edilməlidir: "Digər məqam isə qanun layihəsində tərəflərə verilən konret günlərin qoyulması ilə bağlıdır. Hesab edirəm ki, bu da yanlış yanaşmadır. Təklif edirəm ki, gün iş günü ilə əvəz olunmalıdır. Bu gələcəkdə mübahisəli məqam yarada bilər. Ümumiyyətlə mən qanunvericilikdə konret gün məsələsinin iş günü ilə əvəz olunmasını təklif edirəm. Biz elə etməliyik ki, gələcəkdə mübahisə və toqquşma üçün yer qalmasın". Sistemli bank məsləsinə toxunan millət vəkili deyib ki, ümumiyyətlə Azərbaycanda bank o qədər çöküb ki, ölkədə sistemli bankın olması sual altındadır. "Burada sistemli bank haqqında verilən təriflərin özün də belə əksiliklər var. Bu düzgün yanaşma deyil. Mənim digər iradım Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən əlavə səlahiyyətlərlə bağlıdır. Ola bilsin ki, indiki məqamda bu keçərlidir. Ancaq biz hüquqi dövlət qururuq. Kimsə zəmanət verə bilməz ki MBNP sabah bunda öz məqsədləri üçün sui-istifadə hallarına yol verməyəcək. MBNP bunadan öz məqsədləri üçün istifadəsi mütləq olacaq. Bu məsləyə də aydınlıq gətirilməlidir". Millət vəkili həmçinin bankların yüksək fazili və dollarla verilən kreditlərə kəskin etirazını bildirib: "Kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur. Ona görə də bu dəyişikliklər öz effektini verməyəcək. Təklif edirəm ki, hökumət min dolaradək olan kreditlərə güzəştə getməlidir. Əgər hökumət mayın 28-dək belə bir addım atarsa. O zaman biz bu sahədə ciddi dəyişikliyin baş verəcəyinin şahidi olacağıq".
Zəka