Gündəm
Zərərçəkmiş: "MTN əməkdaşları məndən külli miqdarda pul istədilər"
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lapşin həbs müddətinin artırılması barədə qərardan apellyasiya şikayəti verib
Bloger Aleksandr Lapşin barəsində seçilmiş həbs-qəti imkan tədbirindən apellyasiya şikayəti verilib. Bu barədə A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib
Dastanlar bu torpağa düzüləndə bildim ki, Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. Göz yaşına çevrilib süzüləndə bildim ki, Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
“Mismar” təqdim olunacaq...
Papa qərar verdi - Misirə gedəcək
Bir neçə gün əvvəl Misirdə baş vermiş terror aktlarına baxmayaraq Roma Papası Fransisk bu ölkəyə səfər etmək niyyətini təsdiq edib. Aprelin 28-29-da baş tutacaq səfər zamanı Roma Papası Qahirədə böyük təhlükəsizlik tədbirləri şəraitində hərəkət edəcək.
Nazir: "Gecikdirilmiş hesabatlara görə cərimə məsələsinə ayrıca baxacağıq"
Bu ilin aprel ayından tətbiq olunan yeni qaydalara görə "Məcburi dövlət sosial sığortas1ı üzrə rüblük hesabat"ları elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır.
Sığortaedənlərin nəzərinə!
Məlum olduğu kimi, 2017-ci il 01 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılmışdır. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na əsasən sığortaedənlər uçota alındığı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına təqdim edilməlidir.
SOCAR brendli 25-ci yanacaqdoldurma məntəqəsinin açılışı olub- FOTO
Aprelin 11-də Bakının Nobel prospektində ''SOCAR PETROLEUM'' Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendli yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub.
Müdafiə naziri Çexiyanın ölkəmizdəki səfiri ilə görüşüb
Aprelin 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.
Stokholmdakı terrorda şübhəli bilinən şəxs günahını etiraf edib
Özbəkistan vətəndaşı Raxmat Akilov Stokholmda terror aktı törətdiyini etiraf edib. Bunu onun vəkili Yohan Erikson deyib. “O, terror aktını törətməkdə günahını etiraf edib və həbs cəzasını çəkməyə hazırdır”, - deyə o vurğulayıb. İsveç polisi 39 yaşlı R. Akilovun nəzarət altında olduğunu təsdiq edib. Onun İŞİD tərəfdarı olduğunu bildirilir.
Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır
“Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə görüşü zamanı deyib. E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.
Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir
Aprelin 11-də Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Deputat: Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb
Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin nitqində diqqət mərkəzində olan məsələlərdən biri də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi ilə bağlı oldu.
Ramiz Mehdiyev Patruşevlə Suriyadakı vəziyyəti müzakirə etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə edib. Bu barədə danışıqlar Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr zamanı keçirilib.














