“Mismar” təqdim olunacaq...

Aprelin 14-də yeni yaranmış "Mismar.az" mədəniyyət portalının təqdimatı keçiriləcək. Təqdimat saat 12:00-da, Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında baş tutacaq. Saytın yaradılmasında məqsəd  incəsənətə xidmət etmək, Azərbaycan dilinə tərcümə olunmayan müəlliflər haqqında yazmaq, onları ictimaiyyətə tanıtmaqdır. Saytda incəsənətin bütün sahələrini əks etdirən  yazılar yerləşdiriləcək.

Mədəniyyətin mismardan başlamasını nəzərə alaraq (ilk yazının mismar vasitəsilə yazılması) saytın adı "Mismar" qoyulub. "Mismar" yalnızca saytdan ibarət olmayacaq. Yaradıcı heyyət online radio, online veriliş lahiyələri də hazırlayırlar. Apreldən online radio layihəsi həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31