SOCAR brendli 25-ci yanacaqdoldurma məntəqəsinin açılışı olub- FOTO
Aprelin 11-də Bakının Nobel prospektində ''SOCAR PETROLEUM'' Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendli yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub.
11 Aprel 2017 14:24 İqtisadiyyatAprelin 11-də Bakının Nobel prospektində chr("39")chr("39")SOCAR PETROLEUMchr("39")chr("39") Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendli yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bununla da respublikamızda "SOCAR" brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 25-ə çatıb. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib. "Super", "Premium", A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılmış, bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradılmışdır. Məntəqədə 40 nəfər işçi çalışır.